Xatirə Abdulla

Xatirə Abdulla
@Khatiraa
This text has been automatically translated from Azerbaijani. Show Original
There is still time for the last page.....
Filoloq
Baku
10 reader point
Joined on September 2023
Şu anda okuduğu kitap
428 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Həyəcanla bitirməyə çalışdığım,həmçinin bitirmək istəmədiyim bir kitab oldu. Romanın baş qəhrəmanı Tom Hazard hal-hazırda nə az nə çox 439 yaşı var və bu gün XXI əsrdə vaxtı ilə sevgini tapdığı şəhərdə tarix müəllimi işləyir. Qəhrəmanımız bu illər,daha doğrusu əsrlər ərzində müxtəlif zaman kəsiyində müxtəlif yerlərdə,müxtəlif adlarla həyatda qalmağa çalışıb. Ümidlə getdiyi bir həkim qapısında buraxdığı səhvə görə özü də istəmədən "Albatros cəmiyyəti"nə üzv edilir. Bəli edilir- onu işlədiyi yerdən götürüb tamamilə fərqli bir ölkə və məkana gətirirlər. Elə əsas həyəcan burdan sonra başlayır ,Tökün sakit həyatı bir ekstrimə çevrilir. Amma nə deyim əvvəlki həyatı mənə daha maraqlı gəlmişdi,hansı ki,Tom Şekspirlə işləyib, Fitsceraldla şam yeməyi yeyib,London taununda sevdiyini itirib, anasını cadugər ovçuları öldürüb və sairə və ilaxır......
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 030 okunma
Reklam
488 syf.
10/10 puan verdi
·
Liked
Öyrəşmişik əsərdə 5 pis varsa,1 yaxşı olmalıdır,hər yer qaranlıqsa,mütləq ki,işıq gələn yola çıxarıq. Ancaq bu əsər bu şablonu məhv edir. Belə ki, əsərdə yaxşı obraz yoxdur,axtarmayın həqiqətən yoxdur. Sempatik,xarizmatik ola bilər,amma yaxşı obraz yoxdur. Ostap Bender indiyə kimi tanıdığım ən sempatik cinayətkardır,çünki cinayətlərinin
On İki Stul
On İki StulYevgeni Petrov · Teas Press Nəşriyyatı · 2019175 okunma
250 syf.
10/10 puan verdi
·
Liked
🫎"Qızılbuynuzdan olan qız" Dünyaca məşhur "Əli və Nino" əsərinin müəllifindən növbəti möhtəşəm qələm işi Sadəcə niyə bu əsər bu qədər məşhur deyilllll....... Mənim kimi tarix takıntısı olan bir insan üçün bu əsər nə qədər maraqlı gəldi özünüz düşünün Romanda sarayından didərgin düşmüş bir paşa və onun şəhzadə üçün yetişdirulən qızından söhbət gedir. Ancaq əsərdə daha nələr yoxdur- şərq və qərb münasibətləri,əbədi sədaqət,vətən sevgisi,kişilik və qadınlıq göstəriciləri daha nələrr nələrrrrrrr.... Əsərin baş qəhrəmanı Ənbəri adlı paşa qızıdır,o artıq şəhzadə üçün yetişdirilmiş,sarayda yaşamır. Ənbəri Berlində kiçik bir evdə atası ilə birgə yaşayır və filologiya üzrə təhsil alır, əcdadlarının dilini,tarixini öyrənir. Belə bir dönəmdə vətən coffeti çəkdiyi,Berlinə uyğunlaşmağa çalışdığı bir vaxtda bir həkimlə qarşılaşır...... Allahım əsərdə o qədər dolanbaclı hadisələr var ki, inanın sizə buradanə qədər danışsam da spoiler almış olmazsınız... Odur ki,ümidvaram sevimli oxurlar bu kitaba xüsusi diqqət yetirəcəklər
Haliçdən Olan Qız
Haliçdən Olan QızKurban Said · Qanun Nəşriyyatı · 202069 okunma

Reader Follow Recommendations

See All
304 syf.
8/10 puan verdi
·
Liked
"Leyla" "Haqsızlıq unudulmamalıdır" Məni ən çox sarsıdan məsələ bu qələmə alınanların real olmasıdır. Tarixdə nə qədər qan,nə qədər haqsızlıq,nə qədər vəhşilik var. Qanlı hadisələr 3 xalqın- boşnaklar,serblər və xorvatların birgə yaşadığı Bosniyada baş verir. Serblər Bosniya Serb Respublikasını elan edərək əldə silah bu hakimiyyəti cəbrən qəbul etdirmək və müsəlman əhalinin axırına çıxmaq üçün qanlı soyqırımına başladılar. Soqirimin detallarını öyrəndikcə xalqımın da bir zamanlar tamamilə eyni dəhşətləri yaşadığının fərqinə vardım. İnsan insana bu cür davranarmı? Ya da insanı bu vəhşiliyə nə Vadar edə bilər? Sadəcə müxtəlif dinə mənsub olması ona qarşı bu amansızlığı törətməyə haqq verirmi? Kitabda bu soyqırımına şahid olmuş uzun zaman çəkdiyi zülmətdən sonra sağ qala bilmiş Leylanın məhv olmuş yeniyetməliyindən və gələcəyindən danışılır. Leyla 16 yaşında böyük ümidlərlə yollandigi şəhərdə nələrə şahid olur,kimlərin hədəsinə məruz qalır həm də sırf müsəlman və bosniyalı olduğuna görə...... Xalqa edilən hücum nəticəsində 60.000 qadın təcavüzə məruz qalıb.(11-80 yaş) 77.000-140.000,yaxud 200.000-400.000 arası bosniyalı mülki əhali qətlə yetirilib. BU II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA AVROPADA ƏN BÖYÜK SOYQIRIMI SAYILIR.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
211 syf.
10/10 puan verdi
·
Liked
Tarix təkrarlanır?
Orhan Pamuk'un oxuduğum 4-cü kitabı idi. Bir insan üslubuna ancaq bu qədər sadiq qala bilər deyirəm Pamuk əsərlərinin özəlliyi bir şəxsin həyatı və yaşamı,hətta xarakteri üzərindən dövrün iqtidarı tənqid olunur,tarixi əks etdirilir və yazar tərəfindən müqayisə olunur. Şəxslər arasındakı dialoqlar belə dövrün məsələlərinə birbaşa
Kırmızı Saçlı Kadın
Kırmızı Saçlı KadınOrhan Pamuk · Yapı Kredi Yayınları · 201950.9k okunma