uzun müddət heç nə baş vermir, nəsə gözləsən də, heç nə baş vermir, heç nə dəyişmir... Və uzun müddət sürən bu dərin səssizliyin və durğunluğun içərisində sanki birdən gurultu qopur.
İnsanlar ən ağır iztirabdan belə bir neçə il səy göstərdikdən sonra qurtula bilirlər. Bəzən qurtula bilməsələr də, onunla birlikdə yaşamağı öyrənirlər. Bunun yolu isə başqa insanlarla sıx ünsiyyət qurmaqdır: dost tapmaq, hansısa kollektivə girmək, dərs demək, öyrətmək və yaxud kimisə sevmək...
Əslində, qəribə görünə bilər: bircə jestə görə aşiq olmaq müm kündürmü? Lakin bəzən bir insanı tanımaq üçün də, sevmək üçün də bircə an kifayət edir. Sanki kiçicik bir qum dənəsini öyrənməklə bütün dünyanı tanımış və dərk etmiş olursan. Bəlkə də, ilk baxışdan sevgi olmaya bilər, lakin bir anda yaranan sevgi vardır...