Xatirə Abdulla

Xatirə Abdulla
@Khatiraa
Son səhifəyə hələ var.....
10/10
·428 syf.··
Beğendi
·
2023 4. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Ekim 2023 01:00
Həyəcanla bitirməyə çalışdığım,həmçinin bitirmək istəmədiyim bir kitab oldu. Romanın baş qəhrəmanı Tom Hazard hal-hazırda nə az nə çox 439 yaşı var və bu gün XXI əsrdə vaxtı ilə sevgini tapdığı şəhərdə tarix müəllimi işləyir. Qəhrəmanımız bu illər,daha doğrusu əsrlər ərzində müxtəlif zaman kəsiyində müxtəlif yerlərdə,müxtəlif adlarla həyatda qalmağa çalışıb. Ümidlə getdiyi bir həkim qapısında buraxdığı səhvə görə özü də istəmədən "Albatros cəmiyyəti"nə üzv edilir. Bəli edilir- onu işlədiyi yerdən götürüb tamamilə fərqli bir ölkə və məkana gətirirlər. Elə əsas həyəcan burdan sonra başlayır ,Tökün sakit həyatı bir ekstrimə çevrilir. Amma nə deyim əvvəlki həyatı mənə daha maraqlı gəlmişdi,hansı ki,Tom Şekspirlə işləyib, Fitsceraldla şam yeməyi yeyib,London taununda sevdiyini itirib, anasını cadugər ovçuları öldürüb və sairə və ilaxır......
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 015,2bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·488 syf.··
Beğendi
·
2023 5. kitabı
Öyrəşmişik əsərdə 5 pis varsa,1 yaxşı olmalıdır,hər yer qaranlıqsa,mütləq ki,işıq gələn yola çıxarıq. Ancaq bu əsər bu şablonu məhv edir. Belə ki, əsərdə yaxşı obraz yoxdur,axtarmayın həqiqətən yoxdur. Sempatik,xarizmatik ola bilər,amma yaxşı obraz yoxdur. Ostap Bender indiyə kimi tanıdığım ən sempatik cinayətkardır,çünki cinayətlərinin qurbanları gülünc rus insanlarıdır(rusları sevmirəm demədim,sadəcə burdakılar gülüncdür) Əsərin yazılma tarixi o qədər maraqlıdır ki, elə bunun haqqında da bir əsər ortalığa çıxarmaq olar. Deməli, İlya Yevgeninin qardaşı Katayev yenicə tanışmış və birlikdə çalışan İlf və İlyanı çağırır. Deyir ki, bəs bu mövzulu bir kitab yazmaq istəyirəm,siz də bu əsərin ruh yazarları(mükafat qarşılığında tanınmış yazarın əsərinin mətnini yazan şəxs)olun. Dostlar buna razılaşır və işə başlayır,lakin mətn o... qədər gözəl olur ki, Katayev deyir başlamısız bitirin. Lakin ideya Katayevə aid olduğundan dostlar mükafat olaraq kitabı ona həsr edir və Ostap Bender adlandırdıqları baş qəhrəmanı Katayevin prototipi kimi yaradırlar. Vəə mövzuya keçək- deməli İppolit adlı qəhrəmanın qaynanası öz briliyyantlarını 12 stullu qonaq mebelində gizlədir. Ölmədən də bunu yeznəsinə vəsiyyət edir.Zatən həyatından,işindən,mühitindən bezmiş İppolit briliyyant-yeni həyat,yeni arvad eşqi ilə yola çıxır və bziim xarizmatik və şirin fırıldaqçı Benderlə qarşılaşır, birlikdə axtarışa çıxan "dostlar" yol boyu hər işə qarışır, hər cür insan tanıyır,xarakterlərində enişlər və çıxışlar yaşayırlar. Sonda isə....... Oxumasanız ən gözəl satirik nümunələrdən biri ilə tanış olmamış dünyadan köçəcəksiniz,bu isə böyük peşmançılıq olardı
On İki StulYevgeni Petrov · Teas Press Nəşriyyatı · 2019291 okunma
10/10
·250 syf.··
Beğendi
·
2023 3. kitabı
🫎"Qızılbuynuzdan olan qız" Dünyaca məşhur "Əli və Nino" əsərinin müəllifindən növbəti möhtəşəm qələm işi Sadəcə niyə bu əsər bu qədər məşhur deyilllll....... Mənim kimi tarix takıntısı olan bir insan üçün bu əsər nə qədər maraqlı gəldi özünüz düşünün Romanda sarayından didərgin düşmüş bir paşa və onun şəhzadə üçün yetişdirulən qızından söhbət gedir. Ancaq əsərdə daha nələr yoxdur- şərq və qərb münasibətləri,əbədi sədaqət,vətən sevgisi,kişilik və qadınlıq göstəriciləri daha nələrr nələrrrrrrr.... Əsərin baş qəhrəmanı Ənbəri adlı paşa qızıdır,o artıq şəhzadə üçün yetişdirilmiş,sarayda yaşamır. Ənbəri Berlində kiçik bir evdə atası ilə birgə yaşayır və filologiya üzrə təhsil alır, əcdadlarının dilini,tarixini öyrənir. Belə bir dönəmdə vətən coffeti çəkdiyi,Berlinə uyğunlaşmağa çalışdığı bir vaxtda bir həkimlə qarşılaşır...... Allahım əsərdə o qədər dolanbaclı hadisələr var ki, inanın sizə buradanə qədər danışsam da spoiler almış olmazsınız... Odur ki,ümidvaram sevimli oxurlar bu kitaba xüsusi diqqət yetirəcəklər
Haliçdən Olan QızKurban Said · Qanun Nəşriyyatı · 202093 okunma
8/10
·304 syf.··
Beğendi
·
2023 2. kitabı
"Leyla" "Haqsızlıq unudulmamalıdır" Məni ən çox sarsıdan məsələ bu qələmə alınanların real olmasıdır. Tarixdə nə qədər qan,nə qədər haqsızlıq,nə qədər vəhşilik var. Qanlı hadisələr 3 xalqın- boşnaklar,serblər və xorvatların birgə yaşadığı Bosniyada baş verir. Serblər Bosniya Serb Respublikasını elan edərək əldə silah bu hakimiyyəti cəbrən qəbul etdirmək və müsəlman əhalinin axırına çıxmaq üçün qanlı soyqırımına başladılar. Soqirimin detallarını öyrəndikcə xalqımın da bir zamanlar tamamilə eyni dəhşətləri yaşadığının fərqinə vardım. İnsan insana bu cür davranarmı? Ya da insanı bu vəhşiliyə nə Vadar edə bilər? Sadəcə müxtəlif dinə mənsub olması ona qarşı bu amansızlığı törətməyə haqq verirmi? Kitabda bu soyqırımına şahid olmuş uzun zaman çəkdiyi zülmətdən sonra sağ qala bilmiş Leylanın məhv olmuş yeniyetməliyindən və gələcəyindən danışılır. Leyla 16 yaşında böyük ümidlərlə yollandigi şəhərdə nələrə şahid olur,kimlərin hədəsinə məruz qalır həm də sırf müsəlman və bosniyalı olduğuna görə...... Xalqa edilən hücum nəticəsində 60.000 qadın təcavüzə məruz qalıb.(11-80 yaş) 77.000-140.000,yaxud 200.000-400.000 arası bosniyalı mülki əhali qətlə yetirilib. BU II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA AVROPADA ƏN BÖYÜK SOYQIRIMI SAYILIR.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
Tarix təkrarlanır?
10/10
·211 syf.··
Beğendi
·
2023 1. kitabı
Orhan Pamuk'un oxuduğum 4-cü kitabı idi. Bir insan üslubuna ancaq bu qədər sadiq qala bilər deyirəm Pamuk əsərlərinin özəlliyi bir şəxsin həyatı və yaşamı,hətta xarakteri üzərindən dövrün iqtidarı tənqid olunur,tarixi əks etdirilir və yazar tərəfindən müqayisə olunur. Şəxslər arasındakı dialoqlar belə dövrün məsələlərinə birbaşa toxunur: "- Sizin saçınız doğuşdan qırmızıdır,mənim isə öz qərarımdır!" Kitabda dəyişməyə başlayan İstanbul,əsgər hakimiyyəti,müxalifət,irəliləyən və eyni zamanda geri qalan sənaye,böyüyən işçi qüvvəsi,təhsil yanğısı, ata-oğul münasibəti,ilk eşq və bir çox məsələlərə toxunur Pamuk. Kitabı diqqətlə oxumayan bir kimsə əsəri başdan-basa təsadüflərdən ibarət yalançı bir hekayə olduğunu düşünər. Ancaq qarşınıza çıxan "kəhanət"kəliməsinə diqqət yetirməniz tövsiyyə edirəm Hələ-hələ yazarın tarixi hekayələrə toxunması qələmə aldığı hadisələrin "şişirdilmiş təsadüf" yox "tarix təkrarlanır" cümləsi ilə ifadə olunmasına məcbur edir. Gələk romanın mövzusuna: Onları tərk edən atasından sonra anası ilə tək yaşayan qəhrəmanımız təhsil almaq qərarı alır. Lakin dövrün tələblərinə diqqət etdikdə pulu olmasa oxuya bilməyəcəyini anlayır. Dərs ili başlamadan dövrün öndə gələn işi olan su quyusu axtarmaq işində qazmaçı olaraq işə başlayır. Yarımçıq qalan ata sevgisini qazmaçı olduğu müddətdə ona başçılıq edən ustasında tapır. Evindən və anasından uzaqda olan 17 yaşlı qəhrəmanımız işlədiyi əraziyə yaxın qəsəbədə qırmızı saçlı bir qadına aşiq olur.... Əsərin olduqca dolğun və təsirli davamı var Sizə xoş oxumalar diləyirəm
Roman
Kırmızı Saçlı KadınOrhan Pamuk · Yapı Kredi Yayınları · 202462,3bin okunma