Haliçdən Olan Qız

Kurban Said

Yorumlar ve İncelemeler

Tümünü Gör
287 syf.
7/10 puan verdi
·
7 günde okudu
Asiyalı qız Avropalı oğlan
Qurban Səidin "Əli və Nino"dan sonra ikinci məşhur tarixi romanı olan" Qızıl Buynuzdan olan Qız" yaxud "Haliçdən olan qız" adları ilə nəşr olunan əsər Şərq və qərbin qarşıdurmasıdır. Baş Qəhramanları Asiadeh, Hasa, Con(Əbdülkərim), Əhməd Paşa olan kitabda Asiya və Avropanın kültürəl fərqləri daha çox gözə çarpır. Sultan hökümətinin ləğv olunmasından sonra İstanbuldan sürgün edilən Osmanlı Xanədanı və paşalar Avropa ölkələrinə üz tuturlar. Şahzadə Əbdülkərimlə evlənməyə hazırlaşan Əhməd Paşanın qızı Asiadehin gözlənilməz sürgündən sonra bütün həyatı dəyişir. Hərəm tərbiyəsində Şərq üslubunda tərbiyə görmüş qızın Avropada özünü yad hissetməsi normal idi. Əslən Bosniya müsəlmanlarından olan Hasa ilə evliliyi və daha sonra Cona qovuşmasınıda müəllifin Şərq insanını qərb insanı qarşısında qalib etməsi kimi başa düşmək olar, yaxud da qərb qərbə şərqdə şərqə aiddir kimi də qələmə vermək olar. "Əli və Nino"nu oxuyan hər kəsin bu romanı oxumasınıda tövsiyə edirəm, iki əsəri müqayisə isə etdikdə isə ilki şübhəsiz ki, daha üstündür.
Haliçdən Olan Qız
Haliçdən Olan QızKurban Said · Qanun Nəşriyyatı · 202069 okunma
Reklam
250 syf.
8/10 puan verdi
·
3 günde okudu
Əvvəlcə, onu bildirmək istəyirəm ki, kitabı Qanun nəşriyyatı 2 fərqli adda nəşr etdirib. Biri "Qızıl buynuzdan olan qız", digəri "Haliçdən olan qız" Qızıl buynuz (digər adı Haliç) Türkiyədə bir limandır. Yəqin ki, hal-hazırda çimərlikdir (ciddi araşdırma aparmamışam) Əsər 18-19 yaşlı dilşünas tələbə ilə həkim Hasa arasında olan münasibətdən, qızın qarşılaşdığı mədəniyyət şokunun keçmişdə yaşadığı həyatıyla müqayisə etməsindən bəhs edir. Hadisələr əsasən Osmanlı imperiyasının süqutundan sonrakı dövrlərdə baş verir. Bir şahzadəyə nişanlı olan Asiadeh Berlində Hasa həkimə aşiq olur və ailə həyatı qururlar. Amma 2 mədəniyyət arasındakı ziddiyyət onları bir-birindən ayırır. Əsərdə kəskin surətdə Qərb kişisi ilə Şərq kişisi arasında fərq nəzərə çarpır. Ümumiyyətlə, bu roman haqqında çox şey yazmaq olar amma çürükçülük də etmək istəmirəm. Əsərdə müəyyən boşluqlar vardı, adaptasiya olmağıma mane olurdu.
Haliçdən Olan Qız
Haliçdən Olan QızKurban Said · Qanun Nəşriyyatı · 202069 okunma
250 syf.
5/10 puan verdi
·
9 günde okudu
Valideynləri Ukrayna yəhudisi olan, alman dilində yazıb yaradan, Bakıda doğulub böyüyən və İtaliyada ömrünü başa vuran Qurban Səidin həyatına aid ciddi bir araşdırma oxumuşdum yaxın günlərdə. Qurban Səidin həyatı ilə yaxından tanış olan biri üçün bu əsərdə həyatından izlər tapmaq çox asandır, Berlində türkologiya tədqiqatı aparmaq, Osmanlı tarixi ilə maraqlanmaq, Şərq mədəniyyətini dərindən mənimsəməyə çalışmaq - bunlar əslində kitabımızın qəhrəmanı Asiadeh kimliyinə bürünmüş Qurban Səidin özüdür. Təsadüfi deyil ki, öz yəhudi kimliyindən qurtulmaq üçün Lev adından imtina edərək Qurban Səid adını götürmüş və həmişə özünü şərqdən biri olaraq hesab etmişdir. Əsərdə isə çatışmayan şeylər o qədər çox idi ki, əsərdən çox sanki Qurban Səidin beynindəki fikirləri oxuyurdum, qəhrəmanların heç biri ilə yaxınlıq qura bilmədim. Bəzi dialoqlar sanki az-maz daxili dünyalarını anlamaq üçün yol kimi görünsə də, növbəti hissədə hər şey başa dönürdü. Baş qəhrəman mütəmadi olaraq şərqi xatırlayır, öz adət-ənənələri üçün yaşamağa çalışır və sonda da yolunu o cür seçir. Qurban Səidin şərq və qərb arasındakı fərqi izah etmək üslubu kobud idi, əsas problem bundadır. Əlbəttə ki, indi oturub şərq-qərb müqayisəsinə baxmaq daha rahat gəlir insana, çox şey dəyişərək bir-birinə yaxınlaşıb, amma müəllif də şərqin və qərbin insanını fərqləndirmək üçün çox ifrat nöqtələrə toxunub, zənnimcə, çox insan həyatını elə pik nöqtələrdə yaşamır. Bu səbəbdən roman sürreal ovqata bürünmüşdü.
Haliçdən Olan Qız
Haliçdən Olan QızKurban Said · Qanun Nəşriyyatı · 202069 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.