Bəlkə də, Şekspir haqlıymış: dünya bir səhnə imiş, insanlar isə aktyor... Əgər onlar oynamasaydılar, onda bu səhnə dağılar və məhv olardı... Xoşbəxtliyin açarı özün olmaqda deyil, olduğun kimi görünməkdə və göründüyün kimi olmaqda deyil... Xeyr... Hər bir insanın içində bir neçə nəfər, bir neçə kimlik gizlənir. Xoşbəxtliyin açarı sənə daha uyğun olan yalanı tapıb onunla yaşamaqdadır...
Alimlərin fikrincə, heyvanlar şüursuzdur və onların beyni inki-
şaf etmir. Lakin heç insanın beyni və əqli də inkişaf etmir. Biz ela min illər əvvəlki həmin şimpanzelərik, sadəcə, istifadə etdiyimiz alətlər dəyişib. Get-gedə daha böyük silahlardan istifadə edirik. Bir də biliyimiz var, müəyyən şeyləri, məsələn, Yer üzündəki bütün varlıqlar kimi kvantlar və zərrəciklər yığınından ibarət olduğumuzu dərk edirik. Lakin yenə də özümüzü yaşadığımız aləmdən ayırmağa, üstün tutmağa çalışır, özümüzü ağacdan, qaya parçasından, maşından və yaxud tısbağadan daha dəyərli varlıq hesab edirik.
İnsan yüz illər boyunca yaşayanda dərk edir ki, hər bir sübuta yetirilmiş fakt bir müddət sonra təkzib edilir, müəyyən vaxtdan sonra isə doğruluğu yenidən sübut olunur.