N: "Ah, əgər siz onun yerində olsaydınız!"
– "Ah, əgər o sizin yerinizdə olsaydı!" – Bu sözlər qulağımda səsləndi, öz-özümə pıçıldadım: "Bunu da sən demisən, Nastenka"
"Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur..."
"Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki... belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur."