Ata bilmədimsə içimdən dünya məhəbbətini
ilişdimsə, qaldımsa
alçaldıqca alçaldımsa...
Qınama məni - yenə bilmədimsə həsrətini;
axı nə edəydim
mən əliyalın
o yaraqlı...
Səsimi buradan eşitməsi mümkün deyildi, lakin biz tərəfə baxırdı. Bəzən deyirlər ki, qəlb gözdən daha yaxşı görür. Anam sanki bizi görmüşdü, amma gəlmək üçün özündə təpər tapmamışdı.