Bəzən sən, nə isə, yaxşı bir iş görmək istəyirsən. Ancaq səni qova-qova namərd edirlər. Ürəyinə tikan batırırlar. Dünya işığını sənə haram edirlər.
Heç nədən xəbəri olmayan başqaları isə, qabaqlarında çay, oturub əsnəyə-əsnəyə səni mühakimə edirlər.
Dünyada belə mühakimələrdən də ədalətsiz bir iş təsəvvür etmək mümkündürmü?!