Danışım, pul çirki ilə bozarmış qəlbdən danışım.
Danışım, boş otaqda üstümə gələn divarlardan,
Danışım, var dövlət adlanan dəmir hasarlardan.
Danışım, çirkin cəmiyyətdən bu qədər süni ətrafımdan,
Danışım, diplom, şəxsiyyət vəsiqəsi, kağız həyatımdan.
Danışım, nəzir qutusunun içində gizlənən "allahım"dan
Danışım, azadlığın pencək altı fəryadından.
Danışım, günahlarımdan savablarımı gizlədim,
Danışım, dərin yaralarımdan qanadlarımı gizlədim.
Gizlədim, biləklərimi qaraqan damara qarışarkən,
Gizlədim, gözlərimi yaşla dolub_alışarkən.
Yox olsun zaman, məkan bir anlıq hər şey getsin.
Zümrüd gözlərin qara bəbəklərimin içində itsin.