Mən Narsissə görə ağlayıram, amma onun gözəl olduğunu heç zaman anlamamışam. Mən ona görə ağlayıram ki, hər dəfə o mənim sahilimə gəlib sularıma baxanda, onun gözlərinin dərinliyində öz gözəlliyimi görürdüm».
Kimyagər günlərlə suda öz əksinə baxıb, öz gözəlliyinə heyran olan qəşəng gənc haqqındakı mifi bilirdi. Axırda bu gənc oğlan çaya düşüb boğulur. Sahildə isə onun xatirəsinə Narsiss adlandırılan çiçək bitir.