Mahiparə

Mahiparə
@Kitablardan_sizlere
Həyat kitab`la gözəldir.,.
384 syf.
10/10 puan verdi
·
Liked
Faruk Dilavər "Gönül bahçesi" - Qəlbə toxunan , sözlərlə ifadə olunmayacağ gözəl kitab.  Elə vaxtlar olur ki, kiminsə əlini tutmasını istəyirsən və bu kitab tam olaraq bunu etdi. Baxmaq üçün deyil,  görə bilmək üçün insan qəlbi ilə oxumalıdır... Yunus Əmrə necə deyirdi; “Oxumağın mənası həqiqəti bilməkdir, çünki oxuduğlarını bilmirsənsə, zəhmət itkisidir!”  “Yunus Əmrə gecə-gündüz dərs oxumağla, odun yığmağla hamının əldə edə bilmədiyi şeylərə nail oldu. Oxumağla hər şeyi etmək olmaz. İnsanın yaradılış məqsədini, yaşayarkən nələrə diqqət etməli olduğunu, ruhunu necə nizama salıb Allaha çatmağın yollarını verən bu əsər Yunus Əmrənin danışıqları ilə təcrübə verir;  Yunus Əmrəni sevənlərə, ürəyinizlə, ruhunuzla dincəlmək istəyəndə  açıb bir neçə səhifə oxuyub başqa bir dünyada, yəni özünüzdə tapa bilərsiniz, özünüzü kəşf edə bilərsiniz. .  Bu kitabla yanaşı “Yunus Əmrə” serialına da baxsanız, oxuduqlarınız sizə daha mənalı gələcək.  Hər varlıq öz mənşəyinə qayıdır, sən Allahın ruhundan üfürülən bir varlıqsan.     Allah yaxşı əməllərini sevimli bəndələri ilə birlikdə edər.   Oxuduğlarımı dərk edərək, qəlbimdən hiss edərək, yazılanlarla ürəyimdəki suallara cavab tapdığım,  çox dəyərli bir əsər oldu mənim üçün..
Gönül Bahçesi
Gönül BahçesiFaruk Dilaver · Destek Yayınları · 2012157 okunma
Reklam
584 syf.
·
Not rated
Bəzi kitabların  altından xətt çəkə bilmirsən. Ehtiyac görmürsən, çünki əlində olsa qəlbini açıb kitabı bütünlükdə ora qoymağın gəlir... Elvin Arifoğlu  "Sükutla Danışanlar" romanı uşağlıq illərində analarını itirmiş və ögey anaları tərəfindən incidilən bacı-qardaşın həyat hekayəsindən bəhs edir.. Özümüzü narahat hiss etdikdə uşağlığımıza sığınırıq. Bəs uşaqlığı böyüklüyündən pis keçənlər hara sığınsınlar. Romanda dini fəlsəfi-ideoloji fikirlər çox incəliklə qələmə alınıb, Oxuduğda insan öz həyatı üçün də müəyyən nəticələrə gəlir. İnsan özünü düşünür. Mən insanın özünü özünə xatırladan hər kitabı sevirəm..
Sükutla Danışanlar
Sükutla DanışanlarElvin Arifoğlu · AVE print · 02 okunma
104 syf.
10/10 puan verdi
·
Liked
Kitab haqqında fikirlərimi  necə və hansı formada ifadə edəcəyimi bilmirəm,  o qədər çox təəssüratlarım var ki, oxuyarkən heç bitməsini istəmirdim, hadisələr o qədər marağla gedirdi ki, kitabı əlimdən yerə qoymadan bir nəfəsə oxuyub bitirdim.. Yazar ayrılıqla bitən bir sevgi hekayəsini, sevginin məsumluğunu çox mükəmməl şəkildə qələmə alıb..  
Sənsizlik
SənsizlikGülər Səfərova · Qanun Nəşriyyatı · 20242 okunma

Reader Follow Recommendations

See All
544 syf.
·
Not rated
Bəzən elə çxımazların içindən çıxırsan ki, bunu necə bacardığına özün belə inana bilmirsən. İnanırsan, yanılırsan, sevirsən, məyus olursan, gülürsən, sonra ağlayırsan. Hər sınaqdan bir addım daha keçdikcə başqa sınaq daha asan gəlməyə başlayır. Qorxu ilə çıxdığın yolu cəsarətlə bitirirsən. Bir də baxırsan ki, dünyalar gözəli yetkin qadın olmusan. Birinci özünün öhdəndən gəlməyi öyrənmisən, sonra həyatın. Hər yanılğıda bir həqiqəti öyrənmisən. Doğruları qəlbinə dağ etmək yerinə ayağının altına qoyub ucalmısan. Zamanla daha sakit, daha səssiz və özü ilə məşğul olmağı sevən Fəridə`yə çevrilmisən.
Çalıkuşu
ÇalıkuşuReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 2019102.6k okunma