Xatirə

Xatirə
@Kitabwithkhatira
Hər kəsin öz hissləri və qavrayışları vardır, lakin onları ifadə etmək qabiliyyəti hər kəsə verilməmişdir. Doğrudur, adamın zəhmət və hərəkətləri bir dərəcədə onu xasiyyətini müəyyən edir, lakin bu tamamilə başqa bir məsələdir. İnsan onu yaşadan, həyəcanlandıran hissləri ictimaiyyətin qarşısında nümayiş etdirə bilməz. Adətən biz onun fikir və hisslərinin mahiyyətini təşkil edən hər şeyi bir yerdə toplanmış görə bilmirik. Hətta rəssam öz əsərlərini camaatın geniş diqqətini cəlb edə biləcək şəraitdə həmişə və tez-tez göstərməyə müvəffəq ola bilmir.
Sayfa 205 - Teaspress
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Lütfkarlıq, xoşrəftarlıq adamdan pul istəmir.
Sayfa 197 - Teaspress
Qorxma. Dünya gözəl xəyallardan yoğrulmuşdur.
Sayfa 195 - Teaspress
Dünyada nə qədər riyakarlıq vardır. Zahirin nə qədər aldadıcı olduğuna hətta adamın gülməyi gəlir.
Sayfa 181 - Teaspress
Özümüzü əhatə etdiyimiz xarici aləm həyata olan münasibətlərimizi necə tez-tez dəyişir? Bir adam kasıbdırsa, varlanmaq sanki onu müvəqqəti olaraq xoşbəxt edir. Əgər yad görüşlü adamlar arasındadırsa, əlverişli mühitə düşdükdə bir müddət düşünməlidir ki, onun bütün çətinlikləri həll olunmuşdur. Bu maddi şəraitimizdə heç bir dəyişikliyin sarsıda bilməyəcəyi daxili sakitliyin bizə nə qədər yad olduğunu göstərir.
Sayfa 176 - Teaspress