İnsanın hissləri tez-tez təkrar olunan təəssüratın təsiri altında sürətlə kütləşərsə, alışmadığı gözəllik və nəfisliyi şişirtmək də onlara xas olan bir şeydir.
İzdivac bir hiylədir ki, onun vasitəsi ilə təbiət bəşər nəslinin davamından ibarət olan məqsədlərini həyata keçirtməyə insanlar vadar edir. Məhəbbət tələ, ehtiras isə tələsik hazırlanmış tələ yemidir. Təbiət və həyatın daimi qanunu insanı onun üçün müəyyən edilmiş işi görməyə məcbur edir, yük ata ağır yuxu çəkməyə məcburi deyildiyi kimi.
Cinslərin qarşılıqlı əlaqəsi ən böyük əhəmiyyətə malik məsələ deyilmi? Bütün dünya bunun üzərində durmurmu? Yaxşı əsaslar və ədəb qanunları ayrı-ayrı adamların ədəbli və namuslu olmasından asılı deyilmi? Ailə ictimai binanın təməl daşı deyilmi? Əgər ata-ana təmiz deyilsə, onların uşaqların təmiz adam olacağını necə gözləmək olar? Əgər insanlar öz ehtirasları əlində çırpınıb hər yerdə abırsız əlaqələr düzəldəcəksə, o zaman cəmiyyət bir şey eldə edə biləcəyinə necə ümid bəsləyə bilər?