İnsan yaşamaq üçün vəsaitlə təmin olunmamışsa, vaxtını göl sahillərində, bərələr və vitrinlər qarşısında xəyallar içərisində keçirərək heç bir şey etmədən yaşaya bilməz.
Orhan Pamuk'un oxuduğum 4-cü kitabı idi. Bir insan üslubuna ancaq bu qədər sadiq qala bilər deyirəm. Pamuk əsərlərinin özəlliyi bir şəxsin həyatı və yaşamı, hətta xarakteri üzərindən dövrün iqtidarı tənqid olunur, tarixi əks etdirilir və yazar tərəfindən müqayisə olunur.
Şəxslər arasındakı dialoqlar belə dövrün məsələlərinə birbaşa toxunur:
"- Sizin saçımız doğuşdan qırmızıdır, mənim isə öz qərarımdır!"
Kitabda dəyişməyə başlayan İstanbul, əsgər hakimiyyəti, müxalifət, irəliləyən və eyni zamanda geri qalan sənaye, böyüyən işçi qüvvəsi, təhsil yanğısı, ata-oğul münasibəti, ilk eşq və bir çox məsələlərə toxunur Pamuk.
Kitabı diqqətlə oxumayan bir kimsə əsəri başdan-basa təsadüflərdən ibarət yalançı bir hekayə olduğunu düşünər.(boynuma alıram atanın məşuqunun oğulun da qarşısına cixmasi bir az absurd idi) Ancaq qarşımıza çıxan "kəhanət kəliməsinə diqqət yetirməniz tövsiyyə edirəm.
Hələ-hələ yazarın tarixi hekayələrə toxunması qələmə aldığı hadisələrin "şişirdilmiş təsadüf" yox "tarix təkrarlanır" cümləsi ilə ifadə olunmasına məcbur edir.
Gələk romanın mövzusuna:
Onları tərk edən atasından sonra anası ilə tək yaşayan qəhrəmanımız təhsil almaq qərarı alır. Lakin dövrün tələblərinə diqqət etdikdə pulu olmasa oxuya bilməyəcəyini anlayır. Dərs ili başlamadan dövrün öndə gələn işi olan su quyusu axtarmaq işində qazmaçı olaraq işə başlayır. Yarımçıq qalan ata sevgisini qazmaçı olduğu müddətdə ona başçılıq edən ustasında tapır.
Evindən və anasından uzaqda olan 17 yaşlı qəhrəmanımız işlədiyi əraziyə yaxın qəsəbədə qırmızı saçlı bir qadına aşiq olur....
Və biz ailə və dövrün şir pərdəsini aralayırıq....
Sizə xoş oxumalar diləyirəm
Dünyaca məşhur "Əli və Nino" əsərinin müəllifindən növbəti möhtəşəm qələm işi. Sadəcə niyə bu əsər bu qədər məşhur deyillll........ Mənim kimi tarix takıntısı olan bir insan üçün bu əsər nə qədər maraqlı gəldi özünüz düşünün. Romanda sarayından didərgin düşmüş bir paşa və onun şəhzadə üçün yetişdirilən qızından söhbət gedir.
Ancaq əsərdə daha nələr yoxdur - şərq və qərb münasibətləri, əbədi sədaqət, vətən sevgisi,kişilik və qadınlıq göstəriciləri daha nələrr nələrrrrrrr....
Əsərin baş qəhrəmanı Ənbəri adlı paşa qızıdır, o artıq şəhzadə üçün yetişdirilmiş, sarayda yaşamır. Çünki çevrilişlə birgə sultanla birgə onun hökmlüləri də ölkədən qovulmuş - sürgün edilmişdir. Ənbəri Berlində kiçik bir evdə atası ilə birgə yaşayır və filologiya üzrə təhsil alır, əcdadlarının dilini, tarixini öyrənir. Belə bir dönəmdə vətən xiffəti çəkdiyi, Berlinə uyğunlaşmağa çalışdığı bir vaxtda bir həkimlə qarşılaşır......
Allahım əsərdə o qədər dolanbaclı hadisələr var ki, inanın sizə burada nə qədər danışsam da spoiler almış olmazsınız... Odur ki, ümidvaram sevimli oxurlar bu kitaba xüsusi diqqət yetirəcəklər