Xatirə

Xatirə
@Kitabwithkhatira
Puan vermedi·336 syf.··
2025 50. kitabı
İçimdə bir şeylərə qarşı ümidlər incindi..... Xilası ümidi ilə bir kəndliyə satılan 6 yaşlı uşaq. Ο uşaq ki,bir bilsəniz necə mənasız fərqliliklər üzündən vəhşiliklərə, tənələrə tuş gələcək. Qoca qarı deyir: -"dişlərinə baxmayın, o ağappaq dişləri görən ömür boyu bədbəxt olar!" Kiçicik oğlan həyatın elə şillələrinə tuş gəlib ki,dizi qanayanda buna ağlamır belə. Ən pisi də bilirsinizmi nədir?! Koşinski bunlara gerçəkdən şahid olub. Həqiqətən insan insana bu zülmü edib! Hitler Almaniyasının və Nasizm ideologiyasının gerçəkliyini çılpaqlığı ilə göz önünə sərən mükəmməl əsərdir.
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,6bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Xatirə

, bir kitap okudu
Puan vermedi·336 syf.··
2025 50. kitabı
Jerzy Kosinski
8.4/10 · 5,6bin okunma
Hər əsərin müsbət obrazı olmalıdırmı?
Puan vermedi·488 syf.··
2025 49. kitabı
Öyrəşmişik əsərdə 5 pis varsa,l yaxşı olmalıdır, hər yer qaranlıqsa, mütləq ki,işıq gələn yola çıxarıq. Ancaq bu əsər bu şablonu məhv edir. Belə ki, əsərdə yaxşı obraz yoxdur, axtarmayın həqiqətən yoxdur. Sempatik, xarizmatik ola bilər, amma yaxşı obraz yoxdur. Ostap Bender indiyə kimi tanıdığım ən sempatik cinayətkardır, çünki cinayətlərinin qurbanları gülünc rus insanlarıdır(rusları sevmirəm demədim, sadəcə burdakılar gülüncdür) Əsərin yazılma tarixi o qədər maraqlıdır ki, elə bunun haqqında da bir əsər ortalığa çıxarmaq olar. Deməli, İlya Yevgeninin qardaşı Katayev yenicə tanınmış və birlikdə çalışan İlf və İlyanı çağırır. Deyir ki, bəs bu mövzulu bir kitab yazmaq istəyirəm,siz də bu əsərin ruh yazarları(mükafat qarşılığında tanınmış yazarın əsərinin mətnini yazan şəxs) olun. Dostlar buna razılaşır və işə başlayır, lakin mətn o... qədər gözəl olur ki, Katayev deyir başlamısız bitirin. Lakin ideya Katayevə aid olduğundan dostlar mükafat olaraq kitabı ona həsr edir və Ostap Bender adlandırdıqları baş qəhrəmanı Katayevin prototipi kimi yaradırlar. Vəə mövzuya keçək deməli İppolit adlı qəhrəmanın qaynanası öz brilliyyantlarını 12 stullu qonaq mebelində gizlədir. Ölmədən də bunu yeznəsinə vəsiyyət edir.Zatən həyatından, işindən, mühitindən bezmiş Ippolit briliyyant-yeni həyat, yeni arvad eşqi ilə yola çıxır və bizim xarizmatik və şirin fırıldaqçı Benderlə qarşılaşır, birlikdə axtarışa çıxan "dostlar" yol boyu hər işə qarışır, hər cür insan tanıyır, xarakterlərində enişlər və çıxışlar yaşayırlar. Sonda isə....... Oxumasanız ən gözəl satirik nümunələrdən biri ilə tanış olmamış dünyadan köçəcəksiniz, bu isə böyük peşmançılıq olardı
On İki StulYevgeni Petrov · Teas Press Nəşriyyatı · 2019290 okunma

Xatirə

, bir kitap okudu
Puan vermedi·488 syf.··
2025 49. kitabı
Yevgeni Petrov
8.5/10 · 290 okunma
Sizcə sevgi fəsəfidir yoxsa şəhvani?
Puan vermedi
Şekspirin "Romeo və Cülyetta" əsərinin mənbəyi ingilis şairi Artur Brukun uzun hekayə poeması olan "Romeus və Cülyettanın faciəvi tarixi"nə əsaslanır. Əvvəlki postda bölüşdüyüm "Yay Gecəsinin Yuxusu" yazıldığı dövrdə yazılan "Romeo və Cülyetta" başlarda özünü komediya kimi təqdim edir, lakin sonlarda baş verən ardıcıl ölümlər əsəri tragediyaya doğru sürükləyir. Mən "Romeo və Cülyetta"nı obraz olaraq Şekspirin digər qəhrəmanlarından fərqləndirirəm, çünki onlar sosial təbəqəni təmsil etmirlər. Onlar sadəcə aşiq və düşmən iki gəncdir. Bizim "Leyli və Məcnun"dan da fərqlənirlər, çünki onlar sevgini fəlsəfi yox şəhvəti yaşayırlar. Əsərdə iki ailəni də zadəgan kimi görə bilərsiniz, amma onlar sadəcə burjuadı və hər iki ailə övladlarımın quracağı evlilik ilə bir yerlərə qalxmaq istəyir(bunu Culyettaya adaxlı edilən Parisdə də görə bilərsiniz.) Sonda hər iki ailə ən böyük zənginliyini itirir. Əsər başda komediya şəklində başlasa da sonu faciə ilə bitir. Mən qəhrəmanlardan birinin və ya hər ikisinin ölümünü faciə hesab etmirəm. Mənim üçün faciə ideyanın, hisslərin, ümidin ölümüdür ki, burda da Culyettanın Romoeya təlqin etdiyi rəhm,mərhəmət, sülh hissləri Romenun Markuşiyonu öldürməsi ilə məhv olub gedir. Sizə xoş oxumalar Sülh və sevgi ilə qalın
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,7bin okunma