Xatirə

Xatirə
@Kitabwithkhatira
Olmaq yoxsa olmamaq?
Puan vermedi·180 syf.··
2025 19. kitabı
Şekspirin 5 pərdədən ibarət əsrarəngiz faciəsi... Və bu faciə əsərdə bir çox personaj olmasına baxmayaraq Hamletin daxili faciəsidir. Başda verdiyim alıntı belə Hamletin daxili aləmini təsvir etməyə yetir məncə. Düşünün oğul atasının ölümündən əmisinin günahkar olduğu öyrənir. Bu məlumatdan sonra nə etməli idi? Təbii ki, qətiyyətli olmalı və atasının ruhunun ondan tələb etdiyi kimi intiqam almalı idi. Amma Hamlet işi uzatdı, hisslərini, fikirlərini, gördüklərini ələk-vələk etməyə başladı. Hamletin gördüyü ruh həqiqətən atasının idi yoxsa iblisin oynadığı bir oyun? Hamlet həqiqətən atasının qisasını almaq istəyirdi yoxsa hər şeyi zamanın gedişinə Tanrının ədalətinə buraxmaq? Bəs Ofeliya? Mənə görə bu əsərdə nahaq yerə yanan Ofeliya oldu. Baxmayaraq ki, Hamlet onu sevmişdi, hətta bunu dilə gətirmişdi, amma sonda Ofeliyadan da şübhə etdi. Deməli Hamlet sevgisinə belə əmin deyildi.. Son səhnə bütün sirləri açdı, intiqamlar alındı, cəzalar çəkildi, gerçək gün işığı kimi qılınc meydanına şığıdı. Ancaq heyhat olan olmuş, ölən ölmüşdü... Sonda Hamlet yenə qərarsızlıq içində itib-batır, o hələ də nəyin doğru,nəyin yanlış, kimin günahkar, kimin saf olduğuna qərar verə bilmir. Əvvəldən dediyim kimi bu faciə Hamletin daxili faciəsi idi digər obrazlar isə bu faciədən öz payını götürdü
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202358,4bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Sevginin neçə rəngi var?
Puan vermedi·98 syf.··
2025 21. kitabı
Şekspirlə ilk tanışlığımdan bəri beynimdə bəzi suallar vardı. Bu əsərlə duman çəkildi və yazar haqda qərarlarım ortaya çıxdı. O təsadüflər və yanlış anlaşılmalar yazarıdır mənə görə. Keçid alaq əsərin məğzinə, bərk tutun indi sevginin çalarları ilə tanış olacaqsnız... Təəssüf ki, sevgi heç zaman bir xətt üzərində irəliləmir. Bir filmdə deyirdi, "talehin işinə bax sən sevən səni sevmir, səni sevəni isə sən sevmirsən". Bəli bu paradoks adı çəkilən pyes üçün keçərlidir. Əsərin 4 obrazı arasında olan sevgi münasibətləri bir yerdə elə düyün yaradır ki, sonu bir az qorxulu gözlənir. (Təbii ki, düyünün açılıb, açılmadığını deməyəcəm) Məsələ burasındadır ki, biz bu pyesdə təkcə sevginin çətinlik və müşküllüyünü, dadını və ləzzətini yox, həmçinin onun formalarını öyrənirik. Məsələn, Pəri kral və kraliçasının sevgisində sahiblənmə, ehtiras, uzunmüddətli bağlılıq var, gənc cəngavər Lysander və Hermia arasındakı isə daha çox elə özləri kimi gənc, çiçəklənən, fədakar sevgini və şövqü görürük. Real kral və kraliçanın arasındakı sevgi vurğunluq, gücə tapma, fəth etmə kimi gəlir mənə. Digər cəngavər Demetrius və Helenanınki isə bir az süründürən sevgidi. Yəni sevgi hər halda, hər zamanda və qəlbdə realdır, onu adlandırmaq, metalaşdırmaq düzgün deyil Məni topa tuta bilərsiniz, amma mənim üçün Sevginin izahını Şərqdən gözəl ifadə edə bilən bir yazar yoxdur
Bir Yaz Gecesi RüyasıWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202522,9bin okunma
Haqsızlıq unudulmur
Puan vermedi·304 syf.··
2025 31. kitabı
Məni ən çox sarsıdan məsələ bu qələmə alınanların və daha çoxunun real olmasıdır. Tarixdə nə qədər qan,nə qədər haqsızlıq nə qədər vəhşilik var. Qanlı hadisələr 3 xalqın - boşnaklar, serblər və xorvatların birgə yaşadığı Bosniyada baş verir. Serblər Bosniya Serb Respublikasını elan edərək əldə silah bu hakimiyyəti cəbrən qəbul etdirmək və müsəlman əhalinin axırına çıxmaq üçün qanlı soyqırımına başladılar. Soyqırımın detallarını öyrəndikcə xalqımın da bir zamanlar tamamilə eyni dəhşətləri yaşadığını bir daha xatırladım. İnsan insana bu cür davranarmı? Ya da insanı bu vəhşiliyə nə vadar edə bilər? Sadəcə müxtəlif dinə mənsub olması ona qarşı bu amansızlığı törətməyə haqq verirmi? Kitabda bu soyqırımına şahid olmuş uzun zaman çəkdiyi zülmlərdən sonra sağ qala bilmiş Leylanın məhv olmuş yeniyetməliyindən və gələcəyindən danışılır. Leyla 16 yaşında böyük ümidlərlə yollandığı şəhərdə nələrə şahid olur, kimlərin hədəsinə məruz qalır, həm də sırf müsəlman və bosniyalı olduğuna görə...... Xalqa edilən hücum nəticəsində 60.000 qadın təcavüzə məruz qalıb. (11-80 yaş) 77.000-140.000, yaxud 200.000-400.000 arası bosniyalı mülki əhali qətlə yetirilib. BU CİNAYƏT II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA AVROPADA ƏN BÖYÜK SOYQIRIMI SAYILIR.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
Puan vermedi·344 syf.··
2025 47. kitabı
Kitabda II Dünya Müharibəsindən sonra yaralarımı sarmağa başlayan Yaponiya təsvir olunur. Ancaq yaraya nə qədər məlhəm qoyub sarısanda izi yenə qalacaq. Bu izi daşıyanlardan biri də rəssam Masuci Onodur. Dövrünün məşhur rəssamı Ono müharibədən sonra bütün diqqət və qayğısını ailəsinə və evinə yönəldib. İçindəki rəssamlıq alovunu nəvəsi ilə birgə çəkdiyi rəsmlər və oynadığı rəngarəng oyunlarla doydurur. Müharibənin qasırğasından zədələnmiş, hətta məhv olmuş evini, bağını təmir etməyə başlayır. İki qızının həyatı ilə yaxından maraqlanır, hətta yeznəsi ilə də. Ancaq çatışmayan nəsə var. Biz əsərdə Ono ilə nəvəsinin, hətta qızlarının timsalında dəyişən Yaponiyanı görürük. Ono isə köhnə Yaponiyanın, yaponların, bir sözlə keçmişin həsrətini çəkir. Əsər ümumilikdə çox sakit irəliləyirdi,amma sıxıcı gəlmədi çünki yazar bu sakitliyi elə incəliklə işləmişdi ki,elə müharibədən sonra lazım olan da bu idi. Rəssamın evi,ailəsi, küçə,kafe hamı sakit şəkildə yaşamağa,sadəcə yaşamağa çalışırdı. Qəhrəmanlarda baş verən fəaliyyətlər isə yalnız daxili təlatümlər idi və mövcud vəziyyətə görə bunlar hərəkətlərdə özünü biruzə vermirdi. Bu da həqiqətən o qorxu və dinclik dönəmini insana hiss etdirir.
Dəyişən dünyanın rəssamıKazuo Ishiguro · TEAS Press Nəşriyyat Evi · 2018753 okunma

Xatirə

, bir kitap okudu
Puan vermedi·360 syf.·
2025 48. kitabı
Kazuo Ishiguro
7.8/10 · 2.045 okunma