Məhəmməd Məmmədov

Məhəmməd Məmmədov
@Kitapsever1uzayli
Sıkı Okur
Qəbul olunmuş təsəvvürlərin "yekdil bəyənilməsi" kimi cəmiyyətin düşüncə tərzi barədə çaşqınlıqlara yol açan ikinci heç nə yoxdur. Əgər hər hansı bir ideya və ya hisslər toplusu əksəriyyət tərəfindən qəbul edilirsə, sonuncuların haqlı olduğu kimi sadəlövh bir fikir irəli sürülür. Bu fərziyyə qədər həqiqətdən uzaq olan ikinci bir fikir tapmaq mümkün deyil. Yekdil bəyənmə öz-özlüyündə nə məntiqi düşüncə, nə də ruhi sağlamlıqla bağlı deyil. Necə ki "folie a deux"(iki nəfərin ağılsızlığı) var, eləcə də “folie a millions"(milyonların ağılsızlığı) mövcuddur. Axı milyonlarca adamın eyni nöqsana mübtəla olması heç də bu nöqsanı ləyaqətə çevirmir; çox sayda adamın eyni səhvi etməsi heç də bu səhvi həqiqətə çevirmir və milyon adamın eyni psixi patologiya formasından əziyyət çəkməsi heç də bu adamları sağaltmır.
Reklam
Böyük keçmişin alayarımçıq şəkildə dərk edilən bir abidəsinin ətrafında qeyri-adi bir canfəşanlıqla və bütpərəstəsinə və sanki "Baxın, gerçək və həqiqi sənət budur, nəsə yeni bir şey axtaranlara və nəyəsə can atanlara fikir verməyin!" demək istərcəsinə rəqs etdiklərində onların yoluna sədd çəkiləcək, onların havası qaraldılacaqdır. Göründüyü qədərilə, bu rəqs edən kütlə hətta "yaxşı zövq" imtiyazına da sahiblənib.
Bu əllər onların hamıdan çox işləsələr də, hamıdan az yediklərini, bu arıq vücudlar hamıdan xəstəhəl görünsələr də, hamıdan gec öləcəklərini müjdələyirlər. Onlar hər gün eyni cəzanı çəkən heç ölmək bilməyən əsirlərə bənzəyirlər, bilirəm ki, taleyin vaxtaşırı hücumları nəticəsində hər şeylərini itirən və onun muzdlu köləliyini qəbul edən bu adamlar yaşamaqla özlərini cəzalandırırlar.

Reader Follow Recommendations

See All
Güc başqalarını cəzalandırmaqdan zövq aldığı kimi, gücsüzlük də sahibini cəzalandırmaqla həyat dan zövq alır. Güc cəzalandırıb zövq aldığı başqasının tez ölməsini istəmədiyi kimi, gücsüzlük də cazalandırıb zövq almaq üçün öz sahibinin çox yaşamasını istəyir. İşgəncə həzzinin ölümdən zəhləsi gedir. Buna görə də, bədbəxt adamlar çox vaxt uzunömürlü olurlar, hamıdan sonra ölürlər. Bəzən heç ağlayanları da olmur. Nə bu adamlar, nə də atam heç vaxt intihar etməyəcəklər, çünki onlarda özünücəzalandırma vərdişləri artıq bir zövq mənbəyidir. İntihar cəzanı vərdişə, vərdişi zövqə çevirə bilməyənlərin acizliyidir.
O sanki öz üzərində yalansız yaşamaq təcrübəsi aparırdı və bu təcrübənin nəticələri belə idi: bir - ailən səndən imtina edir; iki - işdən qovulursan; üç – içkiyə qurşanırsan; dörd - dostlar bir-bir yoxa çıxır; beş - küçə pişiyi kimi zirzəmidə ölürsən, tək-tənha və səs-səmirsiz!
Reklam
Bu şəhərin sakinləri çox yaxşı adamlardır, onları pis adamlara çevirən, mənim fikrimcə, köhnəlmiş adət-ənənələridir. Yeni nəsillər köhnə ənənələrdən beziblər, amma heç kim onlara toxunmağa cəsarət etmir. Onları bu ənənə zülmündən xilas etmək üçün özünü kütlələrə daş-qalaq etdirəcək sərgərdan peyğəmbərlərə ehtiyacları var. Məni o şəhərdə tutub- saxlayan, ləngidən mistik bir ağırlıq qüvvəsinin olduğunu da hiss edirdim. Bu şəhərdə bir bataqlıq gücü var, hiss edirsən ki, səni özünə çəkir və gizli bir enerji xilas olmaq cəhdlərini əngəlləyir, daha da dərinə batmaq, qaynayıb-qarışmaq üçün sənə güc və səbir verir. Bizim oradakı cənab səfirin müşahi- dələrinə görə, bu şəhərin sakinləri bizim buddistlər, yaxud konfutsiçilər kimi ruhani dinclik axtarmırlar, onlar daha çox bədənlərinin ehtiyacları ilə maraqlanırlar.
Elə isə bəs onda niyə özümü bu qədər üzdüyümü, niyə özümə əzab verdiyimi soruşun. Cavab: çünki artıq əlimi yanıma salıb oturmaq darıxdırıcı idi; ona görə də hoqqa çıxarmağa başla- yırdım. Düzü budur. Özünüz özünüzə göz qoyun, cənablar, onda bunun belə olduğunu başa düşəcəksiniz. Heç olmasa bir təhər yaşamaq üçün özüm özümdən macəralar fikirləşib, həyat uydururdum. Neçə dəfə olub, məsələn, deyək elə belə, səbəbsiz yerə qəsdən incimişəm, özün də bilirsən axı, elə olur, səbəbsiz yerə inciyirsən, özünü qızışdırırsan, özünü o qədər doldurursan ki, axırda doğrudan da inciyirsən. Mən ömrüm boyu belə oyunlar çıxarmağa meylli olmuşam, axırda özüm-özümü idarə edə bilməmişəm.
Əvvəllər həm insanlığa, həm də ayrı-ayrı şəxslərə xitab edən bu memento mori sürəkli batıb-incidən bir tikan idi və az qala Orta əsrlər bilgisinin və şüurunun zirvə nöqtəsiydi. Yeni dövrün bu dövrün qarşısına çıxardığı memento vivere şüarı isə, açıq desək, hələ ki, kifayət qədər ürəksiz səslənir, sinǝdolusu çıxmır və özün- də az qala qeyri-səmimi çalarlar daşıyır. Zira insanlıq hələ də memento mori üzərində möhkəm şəkildə oturmaqdadır və bu halı tarixə duyduğu universal ehtiyacla ələ verir.
Əvvəl-axir baxış dairəsinə daxil olan bütün əski və keçmiş şeylər bəsitcə eyni dərəcədə hörmətəlayiq qəbul ediləcəkdir, bu əski şeylər qarşısında sayğıyla sitayiş etməyən digər şeylər, yəni bütün yeni və inkişafda olan şeylər isə düşməncəsinə qarşılanacaq və rədd ediləcəkdir.
Hər dəfə keçmişə müraciət etmək belə insanlarda gələcəyə tərəf can atmaq meyli doğurur, hayat mücadiləsinə davam etmək qətiyyətini coşdurur, ən yaxşısının hələ gələcəkdə gələcəyinə, xoşbəxtliyin yaxınlaşdıqları dağların arxasında olduğuna dair ümidləri alovlandırır.
Reklam
Bütün keçmişi unudaraq bir anın astanasında dura bilməyən, bir zəfər ilahəsi kimi başı gicələnmədən və qorxusuzcasına bir nöqtədə dayana bilməyən kəs heç zaman xoşbəxtliyin nə olduğunu öyrənə bilməyəcəkdir və lap pisi: başqalarını xoşbəxt edən bir şeyi gerçəkləşdirə bilməyəcəkdir.