İnsan ruhunun anlaşılması çox çətin, hətta imkansız halları olur. Bu qəlbin ən dərin qatlarında baş verən elə hesablaşmalar, elə çalxantılar, daşqın və tufanlar var ki, bunları hətta hiss etsəniz də, rənglərinin tamlığı, parıltılarının əlvanlığı ilə anlada bilməyəcəksiniz.