"O, ən adi, əhəmiyyətsiz hadisələrə görə özünü bədbəxt sayırdı. Yenə ən əhəmiyyətsiz hadisələrin təsiri altında səadət səmasının yeddinci qatına yüksələ bilirdi".
İnsan nə qədər istəsə də, adına tale deyilən və özündən çox-çox əvvəl cızılan yoldan kənara çıxa bilməz. Nə qədər çırpınsa, iradəsini, ağlını, zəkasını bu yoldan bir təhər sıyrılıb başqa səmtə atılmağa məcbur etsə də, faydası yoxdur.