-Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.
-Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, - Baba dilləndi. - Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.