Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

L

10/10 puan verdi
·
Beğendi
Ölüləri sevəcəyimə adım kimi əmin idim. Məmmədquluzadənin dövründə xalqımızın neccə cahil olduğunu və dinin necə yanlış anlaşıldığını bilirik. Bilmirsinizsə də bilin. Şeyx Nəsrullah kəndlərə gəlib ölüləri dirildəcəyini deyən fırıldaqçıdır. İnsanların cahilliyindən istifadə edir. Təbii ki bizimkilər də Həzrəti Nəsrullah efendilerinə inanırlar. Onun üçün evlərində gözəl bir otaq hazırlayır və 9 yaşlı qızlarını hədiyyə olaraq Nəsrullah həzrətlərinə verirlər. Niyə? Çünki evlənmək Allahın əmridir. Daha evlənməyin nə olduğunu bilməyən qızlarımız bu sayədə cənnətə gedəcəklər. Əks halda amandır, günaha batarlar. 9 yaşlı qızlarımız evlənməsə cəhənnəm məskənləri olar. Valideynləri onların yaxşılığı üçün edir bunu. Beləliklə ağzında dişi olmayan Nəsrullah hər gecə bir qızla(qeyd edim 9 yaşlı) evlənir. Ulan dində belə 4 həyat yoldaşı deyilib. Cahilsiniz cahilsiniz heç olmasa bunu yadınıza salardınız. Nə isə əsəbləşdim yenə. Əsər Nəsrullah həzrətlərinin ölüləri diriltdiyi üçün mü Ölülərdir? Yox. Buradakı ölülər məhz o cahillərdir. Kəndin tək Dirisi isə Kefli İskəndərdir. Hə, bəlkə hər şeyin fərqinə varan İskəndərdir, amma İskəndərə bir sualım var Niyə heç nə etmədin? Niyə sadəcə danışaraq həll etməyə çalışdın? Niyə o qızları qurtarmadın? Niyə Nəsrullaha qarşı heç nə etmədin? Niyə? Axı nə isə edə bilərdin. İnan mənə edərdin. Bu insanların sənin danışıqlarınla düzələcəklərini necə düşündün. O insanlardan çox sənə əsəbiyəm. Çünki onlar ölüdür. Sənsə oradakı tək diri.
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0762 okunma
Reklam
379 syf.
8/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Aqatha Kristidən oxuduğum 3. Kitabdır. Və Aqatha Kristi də 3 kitabını oxuduğum tək yazardır. Bu da onun qələminin mənim üçün necə güclü olduğunu göstərir. Detektiv əsərlərini sevirəm, Aqatha Kristinin qələmi də olduqda bu vazgeçilməz olur mənim üçün. Entrikalarla dolu bir kitab idi . Kitabı oxuyarkən o qədər əyləndim ki, hələ qeydlər aparmağım, fərziyyələrim bunu daha da maraqlı etdi. Ancaq tək tapdığım Mrs.Filankəslə Miss Filankəsin ana-bala olmağı oldu. Cinayətkarlar elə artistlik edirdilər ki, məncə, Aqatanın özüdə onlardan bir anlıq da olsa şübhələnməyib. Kitabı oxuyarkən sanki film izləyirdim. Çok iyiydi. Amma bir şey var. Daha çox ipucu istərdim. Bəlkə də problem məndədir amma bu şəkildə oxucu sadəcə onların cinayətkar olduğunu intiusyası ilə deyə bilər. Mənə daha dəqiq, əllə tutulur amma bir o qədər də əlaqələndirməsi çətin və ancaq diqqətli oxuyucuların tapa biləcəyi ipucular lazımdır.
Keşiş Evində Qətl
Keşiş Evində QətlAgatha Christie · Teas Press Nəşriyyatı · 20201,374 okunma
177 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan ədəbiyyatından ixtisarsız oxuduğum ilk roman. İlyas Əfəndiyevin qələmini sevdirən bir roman oldu. Oxusanız oradakı səmimiyyəti, məsumluğu, istiliyi hiss edərsiniz. Heç bir əsərdə olmayan bir doğmalıq var idi əsərdə. Bəlkə, azərbaycan ədəbiyyatına aiddir deyə, bəlkə də İlyas Əfəndiyev yaxşı yazıçı olduğu üçün, bilmirəm. Obrazları o qədər
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma

Okur Takip Önerileri

Tümünü Gör
8/10 puan verdi
·
Beğendi
Yaxşıki oxudum dediyim kitablardan biri də Martin Edendir. Xülasəsi ilə giriş edək. Martin matrosdur. Kobud, disiplinsiz, türklər demiş düzensiz bir tipdir. Bir gün bir nəfərə kömək edir və həmin şəxs onu evinə dəvət edir. Bu zaman Martin O şəxsin bacısını görür və ona aşiq olur. Martin qızla onun arasındakı fərqin nə qədər çox olduğunu görür. Qız
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202391,8bin okunma
·
Puan vermedi
"beyaz geceler", "Başkasının karısı" , "Noel ağacı ve nikâh", "Haysiyetli hırsız", "Yufka yürekli" adlı hekayələrin olduğu kitabımızda hələki sadəcə "Noel ağacı ve nikah"ı bitirdim. Hər bitirdikcə də buraya yazacam. İlk öncə "Bəyaz gecələr" i oxudum. Amma mənə olduqca sıxıcı
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202074,8bin okunma
Reklam
360 syf.
10/10 puan verdi
·
Beğendi
"İyi eşler" "Balaca qadınlar"ın davam kitabıdır. Balaca qadınları çox sevmişdim. 4 bacının gündəlik, monoton olmayan, maraqlı həyatı haqqında kitabdır. Bacıların hər birinin özünəməxsus xüsusiyyətlərinin olmasını xoşlayıram. Bir birlərindən çox fərqlənirlər. Kitabda çox gözəl məsləhətlər də verilir. İşarələyə biləcəyiniz cümlələr çoxdu. Əgər övladınıza və ya bacınıza kitab almaq istəyirsinizsə rahatlıqla "balaca qadınlar"ı ala bilərsiniz. Keçək İyi eşlerə. Balaca qadınlarda obrazları tanıdım, iyi eşlerdə isə daha da yaxın olduq. Bu obrazlar hafizəmdə xüsusi yerə sahibdilər. Özlərini tez sevdirdilər mənə. Kitabda Sevimli obrazım Jo nun zirvəyə çatmasını da oxumaq istərdim. Bəlkə də digər kitabdadı. Ancaq Jo haqqında oxumağı daha çox istərdim. Onun yazdıqları haqqında daha çox yazılsaydı əla olardı. Filmdə Amy ni bəyənməmişdim. Amma kitabda Amy ilə heç bir problemim yox idi. Kitabın ən iconic səhnəsi Teddy nin Jo ya etiraf etdiyi səhnə idi. Bir digər sevdiyim isə Bethin son anlarında Jo ilə Bethin keçirdiyi zamanlar oldu. Nə qədər oxusam sıxılmaram dediyim hissəsi isə Jo nun New york da keçirdiyi zamanlardı. Əsər yazması, sonra əslində zirvə üçün yox da pul üçün çalışdığını anlaması xoşuma gəldi. Spoiler... Teddy və Amy. Heç gözləməzdiniz bəlkə də. Mən də gözləmirdim. Amma yazarın qərarı budur. Nə edək. Oxuduğuma görə May Alcott Jo nu əslində evləndirmək istəmirmiş. Ancaq o vaxtıar qadın qəhrəmanlar ya ölməli ya da evlənməli imiş. Ümid edirəm doğru məlumatdır.
İyi Eşler
İyi EşlerLouisa May Alcott · Türkiye İş Bankası Kültür Yayınları · 20221,150 okunma
7/10 puan verdi
·
Beğendi
İlin son kitabı. Polianna. Orta məktəbdə Pollianna haqqında bir mətn vardı. O gündən mən də xatırladıqca Polliannanın "xoşbəxtlik oyunu"nu oynayırdım. Və kitabını oxumağı çox istəyirdim ki, nəhayət ki oxudum. İlk öncə kitabı alacaqsınızsa uşaq kitabı olduğunu unutmayın. Yəni çox wow hadisələr baş vermir. Ancaq oxuduğuma məmnunam. 6.sinifdən yuxarı hər kəsə tövsiyə edirəm. Kaşki Xanım Snou ilə olan səhnələr daha çox olardı. Xanım Snou narazı olmaq üçün çoxlu səbəb tapardı, Pollianna isə qarşılığında xoşbəxt olmaq üçün səbəb. Sonlarda kitab daha maraqlı hal aldı. Başlarda hadisələr bir az yavaş gedə bilər. Sonda Polliannanın təsir etdiyi insanların onu ziyarət etməsi ən sevdiyim hissə oldu. Favori karaktetim isə Miss Polli ilə Pollianna. Kitabda sevdiyim şey Hər şeyə pozitiv baxan insan olsa ona Pollianna deyirlər. Tənbəl insanlara Oblomov. Obrazların belə tanınması çox xoşuma gəlir.
Pollianna
PolliannaEleanor H. Porter · Qanun Nəşriyyatı · 09,2bin okunma
8/10 puan verdi
·
Beğendi
Kitab 13 hekayədən ibarətdir. Burada detektivimiz Puaro yox Miss Marpldı. "Mavi qatarın sirri"ndə Puaro ilə tanışmışdım. Amma Miss Marplın iştirak etdiyi kitablara üstünlük verəcəm. Çox maraqlı idi. Hekayə danışılarkən lazım olan ipucular həm Miss Marpla həm də bizə verilir deyə fikirləşmək olur. Puaro isə bəzən xəbərimiz olmadan nəyisə araşdırır və bizə sonda deyir. Ən sevdiyim hekayələr "Müqəddəs Peterin barmaq izi" və " Mavi ətirşah" oldu."Qızıl külçələri" isə ən sıxıcı hekayə oldu. Aqata Kristinin dərmanlar haqqında biliklərindən bu şəkildə istifadə etməsi çox xoşuma gəldi. 8.9/10. Tövsiyə edirəm.
13 müəmma
13 müəmmaAgatha Christie · Teas Press · 2021885 okunma