"İnanılmaz dərəcədə dəyişkən və sürətlə böyüyən dünyada geri qalmamaq və irəliləyə bilmək üçün mükəmməl bir xəritədən istifadə etsəniz, gedib sıx meşəliyə çıxa bilərsiniz, üstəlik bu sizə çox baha başa gələr. İstiqaməti doğru göstərən yaxşı bir kompas isə sizi getmək istədiyiniz yerə aparıb çıxaracaq. Lakin bu hara gedəcəyinizi bilmədən, kor-koranə yola çıxmağınız kimi başa düşülə bilməz. Bu o deməkdir ki, əgər sizi hədəflərinizə doğru aparan yol düz deyil, dolanbacdırsa, əvvəlcədən planlaşdırılmış marşurut üzrə hərəkət etməklə hədəflərinizə daha tez və rahat çatar, üstəlik, səmərəli nəticələr əldə edərsiniz"
İnsan övladı həm xeyirxah və alicənab, həm də bədxah və alçaq əməllər törətməyə qadirdir. Hansı əməllərə meyil etməyimiz yaşadığımız şərait və mühitdən deyil, şəxsi qərarlarımızdan aslıdır.