İnsandakı haqsızlığı, zülmü unut artıq,
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq.
Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət...
"Ax,biz insanlar nə üçün beləyik?
Nə üçün bir-birimizin qəlbinə girə bilmirik?
Birimiz bu qədər dərd içində ikən,nədən digərimiz elə gülür?
Ax,biz nə qədər xudpəsəndik!"