Leyla

Puan vermedi·344 syf.··
2023 10. kitabı
Səhra Çiçəyi Yazıçı deyir ki, "Sahib olmadığınız şeylərə sahib olanda xoşbəxt olursunuz. Bizim heçnəyimiz yox idi ,ona görə də hər şeylə xoşbəxt olurduq" Oxuduğum ən təsirli kitablardan idi və ən ağırı da odur ki, kitabin hər cümləsi yaşanmış həyatın hekayəsidir. Oxuduqca fikirləşirdim ki , kaşki xəyal məhsulu bir əsər olsaydı, kaş ki yazıçının təxəyyülünə əsaslansaydı, kaş yazıçı təsirli olsun deyə uydurmuş olsaydı bunları .Təəssüf ki... Əsər Somali əsilli fotomodelin həyatından danışır , əsəri yazanda elə özüdür. 5 dəvə qarşılığında yaşlı kişiyə ərə verilən balaca qızlar, cəhalət, səfalət və ən dəhşətlisi qadın sünnəti. Bir də taleyi ilə əlbəyaxa döyüşə çıxan Varis. Cəsarəti, əzmi, şansı (və qismətin) köməkliyi ilə susuz səhradan çıxıb BMT-nin səfiri olan qızın hekayəsi.İnsan necə yorulmadan mübarizə apara bilər, necə ümidini sağlam tutar, necə heç vazgeçməz əsəri oxuduqda görəcəksiniz. Əsər çox axıcı yazılıb, hadisələr o qədər çəkir ki adamı kitabı əlindən yerə qoymaq istəmirsən. Oxumamışdan öncə nəzərə alın ki, uzun müddət təsirində qala bilərsiniz Xoş mütaliələr
1000Kitap
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,8bin okunma