Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lemmy

Lemmy
@Lmynsrl
544 syf.
·
Puan vermedi
·
38 günde okudu
3 il sonra yenidən Charles Dickens qələmindən çıxan bir kitab mənə izah edilməyəcək hisslər yaşatdı. Ümumiyyətlə nə zaman sentimental, kövrək və real hisslər yaşamaq istəsəm ya Remarka üz tuturam, ya da Dickensə. İlk növbədə qeyd edim ki, qəhrəmanın başından keçənləri ifadə şəkli sadə dillə təsvir olunsa da, kitabın ilk 200 səhifəsi darıxdırıcı gələ bilər. Lakin davam etdikcə görəcəksiniz ki, əslində sıxıcı deyə düşündüyünüz hər şey əslində bir-birini tamamlayan pazl hissələridir. Baş qəhrəmanımız Pip (açığı nə yalan deyim, ilk başlarda ona o qədər əsəbləşirdim və gözümdə necə də nankor kimi canlanırdı, lakin sonlara doğru elə bil eyniləşmişdik) valideynlərini itirmiş və bacısı və bacısının yoldaşı ilə yaşayan balaca bir uşaqdır. Bacısının ona qarşı münasibəti yaxşı olmasa da, bacısının yoldaşı dəmirçi Co tərəfdən bəxti gətirmişdi. Uşaqlıqdan gələcəkdə Co kimi dəmirçi olacağını düşünsə də, taleyi ona fərqli və özündən böyük ümidlər verir. Lakin onun ümidlərinin sonu necə olur? Xoş mütaliələr sizə!
Böyük Ümidlər
Böyük ÜmidlərCharles Dickens · Qanun Nəşriyyatı · 201914,4bin okunma
Reklam
448 syf.
·
Puan vermedi
·
9 günde okudu
Uzun fasilədən sonra oxuduğum ilk kitab oldu. Amma tərcümə o qədər bərbad və səhvlərlə dolu idi ki, bir cümləni təkrar bir neçə dəfə oxuduqdan sonra başa düşürdüm. Sadəcə kitabı yarımçıq qoymaq istəmədiyim üçün davam etdim amma ilk fürsətdə orginal dildə də oxuyacam. Kitab haqqında fikirlərim qarışıq olduğu üçün yəqin ki, ikinci dəfə oxuduqdan sonra ətraflı incələmə yazacam. Hələlik isə bu musiqini bura yerləşdirmək istəyirəm: youtube.com/watch?v=dfe8tCc...
Zərdüşt Belə Söyl­ədi
Zərdüşt Belə Söyl­ədiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 202038bin okunma
288 syf.
7/10 puan verdi
Əslində klassik kitabları sevən biri olaraq, əvvəllər bu kitaba qarşı bir ön yarğım var idi. Hardasa 4-5 gün olar oxuyub bitirmişəm və niyə daha əvvəl oxumamışam deyə peşmanam. Mövzusu belədir: Culiyan işinin peşəkarı və çox çalışqan bir vəkildir. Bir gün o elə məhkəmə zalındaca yıxlır və həmin hadisədən sonra inzivaya çəkilir. İnzivaya çəkildiyi müddətdə öyrəndiklərini köməkçisi Conla, yəni bizlə paylaşır. Kitabı oxuyanda, məsləhət görərdim ki, əlinizin altına bir vərəqlə qələm qoyun. Çünki kitabın içində, düzgün oxuyan üçün sözün həqiqi mənasında necə yaşamaq lazım olduğunun alətləri var. Maddiyyatın bu qədər önəm daşıdığı, hətta kimilərinə "hava", "su" olduğu müddətdə, bu kitab həqiqi havanın və suyun nə olduğunu göstərir oxuculara. Kitabın ən sevdiyim tərəfi o idi ki, Culiyanın köməkçisi sanki biz idik. Mən idim. Nə zaman aydın olmayan hissəsi olurdu, Con həmən dəqiqə sualımı verirdi. Ümumilikdə kitabı bəyəndim və oxumağı tövsiyyə edirəm!
"Ferrari"sini Satmış Rahib
"Ferrari"sini Satmış RahibRobin Sharma · Bakı Kitab Klubu · 201620,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
208 syf.
8/10 puan verdi
·
Beğendi
İndiyə kimi heç daxili bölünmədən əziyyət çəkdiyinizi düşünmüsüz? Cavabınız “hə”dirsə, elə isə bu kitab tam sizə görədir. Haqqında bəhs edəcəyim kitab Herman Hessenin 1927-ci ildə nəşr etdirdiyi “Yalquzaq” novellasıdır. Mövzusu “şəxsiyyət çoxluğu” olan Yalquzaq kitabı, yazarın yaradıcılığı ilə tanış olduğum ilk kitabıdır. Analizə başlamadan öncə
Yalquzaq
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20137,8bin okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
Müharibə... müharibə... Müharibə heç bir zaman yaxşı bir şey ola bilməz. Hətta qalib gələn tərəf də çox şey itirir. Son zamanlar ölkədə baş verən müharibə səbəbiylə, bu kitab məni ayrıca sarsıtdı. Baxırsan 256 səhifəlik kitabdır, lakin içindəkilər o qədər ağır və təsirlidir ki... Kitabda 18 yaşlı alman əsgəri(Paul) I dünya müharibəsi zamanı başına gələnləri nəql edir.Remarkın özünün də bu müharibədə iştirak etməsi və yaralanması səbəbiylə, bəzən Paulun Remarkın özü olduğu deyilir. Baş obraz, bir tərəfinin yenicə gənclik dövrünə girmiş hələ də köməyə möhtac biri, digər tərəfinin isə çoxdan yaşlanmış, gələcəkdən, hər şeydən ümidini üzmüş biri olduğunu dəfələrlə qeyd edir və o tək deyil. Müharibənin bütün yükünü, əziyyətini çəkərək məhv olub gedən gənclik. Asanlıqla həyatları xərclənə bilən fiqurlar. Yaşadığımız həyatda, gündəlik etdiyimiz şeylərin, yediyimiz yeməklərin, hətta, yaşadığımız sıradan hisslərin belə çox uzaq olduğu insanlar imiş əsgərlər. Və içlərində olduğu müharibədən çox kiçik də olsa pay alanlar, bir ömür öz üzərlərində bunu daşıyırlar. Bu kitabı şiddətli şəkildə hər kəsə tövsiyyə edirəm!
Qərb Cəbhəsində Təbəddülat Yoxdur
Qərb Cəbhəsində Təbəddülat YoxdurErich Maria Remarque · Qanun Nəşriyyatı · 20143,290 okunma
Reklam
256 syf.
6/10 puan verdi
Bu kitabı adını çox eşitdiyim, haqqında çoxlu təriflər oxuduğum üçün, alıb başlamağa qərar verdim. Onu qeyd edim ki, əsərdə çox bəsit dildən istifadə olunub. Tipik küçə danışığı. Buna görə bir az yordu məni, çünki bu cür gözləmirdim. Demək olar, kitabın hər səhifəsində "dilxor" sözünə rast gələ bilərsiniz. Bir az araşdırdım, deyilənə görə bir çoxları bu kitabı oxuduqdan sonra intihar edib. Açığı mən bu kitabda intihar ediləcək, şişirdiləcək bir şey görmədim. Yeniyetməlik dövründən hər birimiz keçmişik. Kimisində çətin, kimisində asan. Amma yenə də o "ilahi" mənanı tuta bilmədim kitabda. Kitab, Holden adlı 16 yaşlı yeniyetmənin, ətrafına, dünyaya olan baxışından bəhs edir. Holden, getdiyi məktəblərdən qovulmuş, ətrafında demək olar ki, hər kəsdən zəhləsi gedən, lakin mənə görə, daxilində çox incə ürəyi olan bir uşaqdır. Axı çovdarlıqda uçurumdan uşaqları qoruyan olmağı istəmək incə, həmçinin də böyük ürək tələb edən işdir! İnsanlara qarşı olan baxışının səbəbini isə, niyəsə mən balaca qardaşı Alli ni itirməyində görürəm. Sonuncu məktəbindən qovulmasıyla başlayan hekayədə ən çox sevdiyim obraz, Holdenin bacısı Fibi oldu. Təsvir etdiyinə əsaslanaraq, çox məzəli bir uşaq olduğunu deyə bilərəm. Holden o qədər Fibidən danışdı ki, mən də lap çox istədim onu görəm. Ümumilikdə, pis deyildi. Lakin oxumasaydım, Fibini tanımaqdan başqa nəsə itirməzdim.
Çovdarlıqda Uçurumdan Qoruyan
Çovdarlıqda Uçurumdan QoruyanJ. D. Salinger · Qanun Nəşriyyatı · 201559,5bin okunma
181 syf.
6/10 puan verdi
Mağazada rast gələnə qədər Dostoyevskinin ümumiyyətlə belə bir kitabı olduğundan xəbərsiz idim. Diqqətimi çəkdi, aldım və oxudum. İlk öncə onu qeyd edim ki, yazıçıdan oxuduğum 6 ya 7-ci kitabdır və bu kitab dəsti xəttinə görə digərlərindən fərqlənir. Kitabda keçən hekayə günümüzdə qəbuledilməz gerçəklikdir. Lakin elə tərzdə təsvir olunub ki, nə qadını, nə Velçaninovu, nə də Turotskini günahlandırmaq mümkün deyil. Daha doğrusu diqqəti hekayənin digər üzünə verirsən və günahlandırmağa vaxtın olmur. Buna səbəb isə, həmişəki kimi yazarın insan psixologiyasını, oxucuya birbaşa ötürmək bacarığıdır. Ən çox məni kədərləndirən obraz isə, təbii ki, balaca Liza oldu. Ümumilikdə yazıçının alışılmış kitablarından olmasa da, dərin və oxunaqlı kitab idi.
Ebedi Koca
Ebedi KocaFyodor Dostoyevski · Araf Yayıncılık · 20122,900 okunma
488 syf.
9/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Nə zaman oxuduğum kitablar mənə ağır gəlsə, hisslərimi söndürüb, məntiqimə doğru yönəlməyə başlasam, açıb Remarkdan bir kitab oxuyuram. Ümumiyyətlə yazıçı, insani hissləri ən saf halıyla göstərməyi çox yaxşı bacarır. Öz təbiri ilə desəm, qələmi ilə insanı sentimentallaşdırır. Bu roman da məni yanıltmadı. Altını xətlədiyim cümlələri təkrar-təkrar oxuyarkən, o cümlələrin içində itib batırdım. Bir "Zəfər tağı" olmasa da, ədəbi və insani ləzzət aldığım bir kitab oldu.
Üç Yoldaş
Üç YoldaşErich Maria Remarque · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2017225 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bu mənim ilk kitab analizim və yazıçının tanış olduğum ilk əsəridir. İlk başlarda çox sıxıcı gəlirdi. Lakin oxuduqca yazıçının həmin dövrdəki sevgini, sədaqəti, ədalətsizliyi, insanın çata biləcəyi ən yüksək vəhşilik pilləsini oxucunun ürəyinə birbaşa ötürmək bacarığı məni heyrətləndirdi. Məni təsirləndirən ilk əsər deyil. Buna baxmayaraq özünəməxsus tərzdə adamı hüznləndirir və təsirindən çıxmağa qoymur. Hekayə iki fərqli ölkədə keçir amma hadisələrin cərəyan etdiyi əsas ölkə Fransadır. Aristokratiyanın aşağı təbəqəni necə əzdiyi, necə amansızlıqlar törətdiyini burada açıq aydın görmək mümkündür. Yalnız zülm, vəhşilik, amansızlıq və rəhmsizlik görmüş xalqın bundan boğaza yığılıb necə baş qaldırdığını, onlara qarşı törədilən amansızlıq və vəhşiliyə " Vahid və Bölünməz Respublika, Azadlıq, Bərabərlik, Qardaşlıq ya da Ölüm" şüarı altında yaratdıqları yeni dünyada, öz bildikləri "ədalətli" şəkildə qarşılıq verdiklərini nəinki oxuyacaq, hətta hiss edəcəksiniz. Əsərin gedişatında ola bilsinki, siz, gözyaşlarınızı saxlaya bilməyəsiz. Doktor Mannetlə Çarlz Darneyin yollarının, Çarlz Darneylə Sidni Kartonun qarşılaşmasının təsadüf yoxsa tale olduğunun cavabını da bəlkə də taparsız. Hamımızın yekdilliklə sonda sevgisinə, sədaqətinə rəğbət bəsləyəcəyimiz qəhramanın kim olduğunu da əsərin sonunda biləcəksiniz. Xoş mütaliələr!
İki Şehrin Hikayesi
İki Şehrin HikayesiCharles Dickens · Altınpost Yayıncılık · 201859,1bin okunma