Lord Voldemort

Lord Voldemort
@Lord_Voldemort
80 syf.
·
Not rated
Əsər başlarda axıcı olmasa da, davam etdikcə insanı maraqda, həyəcanda saxlayır. Orada baş verənləri, qorxunu hiss etmək olurdu. Ancaq təəssüf hissi ilə deməliyəm ki, sonunda xəyal qırıqlığı yaşadım. Sanki, yazar sonda yorularaq hekəyəni yarım kəsib, baş verənləri qısaca əlaqələndirərək bitirmək qərarına gəlib. Düzdür, sonra obrazların bir-biri ilə belə əlaqələnəcəyini gözləmirdim. Ancaq həmin kəsintidə nə baş verdiyi, eyni zamanda əsər boyu sözü gedən qorxunun, dəhşətin necə bir şey olduğu müəmmalı qalır ki, bu da mənə görə hekayənin təsir gücünü azaldır. Bəlkə də yazıçı o qorxduqları şeyi bizə göstərməyərək öz xəyalımızda canlandırmağımızı istəyib, bəlkə də bunu necə dəhşətli təsvir edəcəyini bilməyib. Ancaq istənilən halda da uğurlu alınmayıb. Zənnimcə, qorxunu qarşı tərəfin hiss etməsi üçün az da olsa, o qoxunun nə olduğunu təsvir etmək, qarşı tərəfə həmin dəhşəti daddırmaq lazımdır ki, istənilən təsir yaransın. Daima müəmma olaraq qalması, oxucunu yorur. Ümumilikdə isə bu nüansları saymasaq və bəzi hissələri özüm öz təxəyyülümdə canlandırdıqdan sonra yaxşı əsərdir. Qorxu sevənlər üçün maraqlı kiçik bir əsər kimi tövsiyə edərdim.
Yüce Tanrı Pan
Yüce Tanrı PanArthur Machen · İthaki Yayınları · 20181,274 okunma
Reklam
128 syf.
·
Not rated
Carmilla vampir mövzusunda yazılmış ilk əsərlərdən biridir. Zamanına görə xeyli yenilikçi olan, ana xətti gənc bir qız üzərində inşa edilmiş diqqətlayiq bir əsərdir. Fikrimcə, əsərin ideası və ana xətti sonradan digər yazıçılar üçün də xammal rolunu oynamışdı. Ancaq nə qədər dövrünə görə yenilikçi bir əsər olmuş olsa və bir çox yöndə ədəbiyyata qatqısı olmuş olsa da, mən bir o qədər də bəyənmədim. Başlıcası elə ilk bir - iki səhifədən sonra nələr baş verəcəyini, kimin kim olduğunu, sonun necə olacağını təxmin etmək olur. İnsanı təəccübləndirən, gözlənilməz hadisələr yox deyiləcək dərəcədə azdır. Fikrimcə, Carmilla obrazı bir vampir olaraq çox kölgədə qalıb və yer verilməyib. Daha çox bir sevgi hekayəsi təsiri bağışlayır. Yəni ümumiyyətlə hekayənin təsviri zəif edilib. Həyəcanlı, qorxulu olmalı olan hissələrin insana təsiri keçmir. Bəzi hissələri gərəksiz uzundur. Eyni zamanda məntiqlə baxılırsa, aşkar olan situasiyalardan əsas obrazların şübhələnməməsi qəribə gəldi mənə. Son olaraq isə baxmayaraq ki, əsər qotik üslubda yazılıb, təsvirlərdə bu çox da hiss olunmur. Bunlarla yanaşı, xoşuma gələn və maraqlı olan nüanslar da oldu. Məsələn, qarabasmaların təsviri, sonlara yaxın qəbirin açılması kimi hissələr maraqlı idi. Ümumilikdə isə vampir mövzulu əsərlərə marağınız varsa, bu mövzuda yazılmış ilk əsərlərdən biri ilə tanış olmaq üçün oxumağa dəyər.
Carmilla
CarmillaSheridan Le Fanu · Türkiye İş Bankası Kültür Yayınları · 20183,573 okunma
416 syf.
·
Not rated
·
Read in 3 days
Əsər elmi-fantastik janrda yazılmış, içində təsvir edilən gəmini xırda detallarına qədər ətarflı izah etmiş, hətta oxuyarkən bəzən özünün də belə bir sualtı gəmini düzəldə biləcəyin fikrini yaradan maraqlı və macəralı bir əsərdir. Oxuyarkən belə bir gəminin real olduğunu düşünməmək əldə deyil. Xüsusilə də nəzərə alsaq ki, kitabda sözügedən sualtı gəmi öz dövrünü çox-çox üstələyən bir sualtı gəmi modelidir və o qədər aydın yazılıb ki, istər-istəməz insanda belə bir fikir doğurur. Eyni zamanda sualtı aləmin maraqlı, mistik və həyacan dolu anları, hər bir nüansın nəzərə alınması və izahı kitabı daha da maraqlı edir. Ancaq etiraf etməliyəm ki, kitabın bəzi hissələri, daha dəqiq orta hissələri çox da axıcı deyil. Həmçinin sonunu da çox da bəyənmədim. Gəminin taleyini bəlli edən bir ip ucu da verə bilərdi.
İyirmi Min Lye Su Altında
İyirmi Min Lye Su AltındaJules Verne · Şərq-Qərb Nəşriyyat · 20066.3k okunma