Əsər başlarda axıcı olmasa da, davam etdikcə insanı maraqda, həyəcanda saxlayır. Orada baş verənləri, qorxunu hiss etmək olurdu. Ancaq təəssüf hissi ilə deməliyəm ki, sonunda xəyal qırıqlığı yaşadım. Sanki, yazar sonda yorularaq hekəyəni yarım kəsib, baş verənləri qısaca əlaqələndirərək bitirmək qərarına gəlib. Düzdür, sonra obrazların bir-biri ilə belə əlaqələnəcəyini gözləmirdim. Ancaq həmin kəsintidə nə baş verdiyi, eyni zamanda əsər boyu sözü gedən qorxunun, dəhşətin necə bir şey olduğu müəmmalı qalır ki, bu da mənə görə hekayənin təsir gücünü azaldır. Bəlkə də yazıçı o qorxduqları şeyi bizə göstərməyərək öz xəyalımızda canlandırmağımızı istəyib, bəlkə də bunu necə dəhşətli təsvir edəcəyini bilməyib. Ancaq istənilən halda da uğurlu alınmayıb. Zənnimcə, qorxunu qarşı tərəfin hiss etməsi üçün az da olsa, o qoxunun nə olduğunu təsvir etmək, qarşı tərəfə həmin dəhşəti daddırmaq lazımdır ki, istənilən təsir yaransın. Daima müəmma olaraq qalması, oxucunu yorur. Ümumilikdə isə bu nüansları saymasaq və bəzi hissələri özüm öz təxəyyülümdə canlandırdıqdan sonra yaxşı əsərdir. Qorxu sevənlər üçün maraqlı kiçik bir əsər kimi tövsiyə edərdim.
Yüce Tanrı PanArthur Machen · İthaki Yayınları · 20181,649 okunma
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Orada ne yaptığımı ya da nereye gittiğimi bilmiyordum
ama bazen olur ya, insan belli belirsiz kendini bilinmeyen bir
hedefe ulaşacakmış hissine kaptırır, öyle bir içgüdüyle yürümeye
devam ediyordum.
Hayır; çok temiz bir geçmişi
olmadığını varsaydığımdan ötürü bir zamanlar şu anki kadar
rafine olmayan çevrelere girmiş olduğunu düşündüm. Bir nehrin üstünde çamur görürsen çamurun bir zamanlar dipte olduğundan emin olabilirsin.
Carmilla vampir mövzusunda yazılmış ilk əsərlərdən biridir. Zamanına görə xeyli yenilikçi olan, ana xətti gənc bir qız üzərində inşa edilmiş diqqətlayiq bir əsərdir. Fikrimcə, əsərin ideası və ana xətti sonradan digər yazıçılar üçün də xammal rolunu oynamışdı. Ancaq nə qədər dövrünə görə yenilikçi bir əsər olmuş olsa və bir çox yöndə ədəbiyyata qatqısı olmuş olsa da, mən bir o qədər də bəyənmədim.
Başlıcası elə ilk bir - iki səhifədən sonra nələr baş verəcəyini, kimin kim olduğunu, sonun necə olacağını təxmin etmək olur. İnsanı təəccübləndirən, gözlənilməz hadisələr yox deyiləcək dərəcədə azdır. Fikrimcə, Carmilla obrazı bir vampir olaraq çox kölgədə qalıb və yer verilməyib. Daha çox bir sevgi hekayəsi təsiri bağışlayır. Yəni ümumiyyətlə hekayənin təsviri zəif edilib. Həyəcanlı, qorxulu olmalı olan hissələrin insana təsiri keçmir. Bəzi hissələri gərəksiz uzundur. Eyni zamanda məntiqlə baxılırsa, aşkar olan situasiyalardan əsas obrazların şübhələnməməsi qəribə gəldi mənə. Son olaraq isə baxmayaraq ki, əsər qotik üslubda yazılıb, təsvirlərdə bu çox da hiss olunmur.
Bunlarla yanaşı, xoşuma gələn və maraqlı olan nüanslar da oldu. Məsələn, qarabasmaların təsviri, sonlara yaxın qəbirin açılması kimi hissələr maraqlı idi. Ümumilikdə isə vampir mövzulu əsərlərə marağınız varsa, bu mövzuda yazılmış ilk əsərlərdən biri ilə tanış olmaq üçün oxumağa dəyər.
CarmillaSheridan Le Fanu · Türkiye İş Bankası Kültür Yayınları · 20186,4bin okunma