Luna

Ünsiyyət dialektik prosesdir.
İnsanın ünsiyyət tələbatında həmişə bir-birinə əks olan iki meyl aydın nəzərə çarpır. Şəxsiyyət, bir tərəfdən başqalarına oxşamağa, onlar kimi hərəkət etməyə, yoldaşları və dostları ilə qaynayıb qarışmağa, insan içində olmağa səy göstərir, öz həyatının mənasını başqa adamın sevincində, rahatlığında axtarır. Digər tərəfdən bununla bahəm başqa bir meyl də müşahidə olunur: insan öz "Mən"ini sosial mühitdən ayırmağa, nə isə başqalarına oxşamamağa başlayır. O bu əsasda da fərdiyyət kimi inkişaf edir; şəxsiyyətlərarası münasibətlərdə özünəməxsus mövqe tutur, insanlara seçici münasibət bəsləyir.
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
İnsanda özü haqqında təsəvvürlərin formalaşması, onun özünü idarə etməsi, özünün hərəkət və əməllərini başa düşməsi, özünü və həyatda öz yerini qiymətləndirməsi bunların hamısı onun başqa adamlara münasibətilə bilavasitə bağlıdır. İnsan ancaq ünsiyyət prosesində özünə başqa adamların gözü ilə baxmağı, özünü başqa adamın yerində təsəvvür etməyi, onların davranış və rəftarını təhlil etməyi, onlarla birlikdə sevinməyi və kədərlənməyi öyrənir. Bu o deməkdir ki, ünsiyyət prosesində başqa adamın sevinci və kədəri onun öz sevinci və kədərinə, başqa sözlə, sərvətinə çevrilir. İnsan başqa adamların həm soaial təcrübəsinə həm də psixoloji təcrübəsinə yiyələnir, mənəvi cəhətdən zənginləşir, onun inkişafı üçün yeni şərait yaranır. Beləliklə də ünsiyyət prosesində şəxsiyyət emosional cəhətdən inkişaf edir. O, hisslər mədəniyyətinə yiyələnir, onda özünə hörmət, ləyaqət, qürur hissi formalaşır, sosial təcrübəsi və psixoloji təcrübəsi genişlənib zənginləşdikcə tələbat-motivasiya sahəsi yeni məzmun kəsb edir.
İnsan ve Hayat