Lalə Məmmədli

Lalə Məmmədli
@M_lala
Bitkilər və ya heyvanlara nəzər salın , onlardan hər şeyi olduğu kimi qəbul etməyi öyrənin,indiki zamana təslim olun. İzin verin, onlar sizə mövcudluğun nə olduğunu öyrətsinlər. Onlar sizə tam olmağı , bütöv olmağı,özünüz və real olmağı öyrədə bilərlər. Onlardan necə yaşamağı və necə ölməli öyrənin həyatı və ölümü problem etməməyi öyrənin.
Sayfa 212·Kitabı okudu
Duygu ve Düşünce
Etimoloji Defteri
Mücellit Nedir ?
Rəqibinizin gücünə qarşı müqavimət göstərməyin.Ona qalıb gəlməyə çalışın ~~~~~~~~~~ Bir kimyagərə çevrilin. Adi metalı qızıla,iztirabı şüurluluğa, fəlakəti aydinlanmğa çevirin. ~~~~~~~~~~~ Əsas məsələ Tanrının insandan ayrı varlıq kimi qəbul olunmasıdadır. Tanrı daxilinizdəki varlıqdır .Ona görə də burada subyekt-obyekt anlayişlarindan istifadə etmək yanlışdır.Heç bir ikilik yoxdur ,Tanrı və sen ayrımı yalnişdir. Tanrının fərqinə varmaq ifadəsi isə daha təbii səslənir. ~~~~~~~~~~ Zehin indiki zamanı xoşlamır və onu rədd edir.İndiki zaman nəinki zehin yayınmalarını dayandırır ,eyni zamanda onun keçmiş və gələcəklə əlaqəsini kəsir . Həqiqi yenilik və yaradıcı heç bir ideya indiki zamana köklənməden ortaya çıxa bilməz , çünki yalnız indiki zamanda sonsuz imkanlar mövcuddur.
Sayfa 239·Kitabı okudu
Duygu ve Düşünce
Güç kimi görünən hər şey zəiflikdir.
Heç bir əşya sizi daimi və həqiqi xoşbəxt edə bilməz. Bununla belə,siz həqiqətən fərqinə varmaq üçün dəfələrlə illüziya yaşamalısınız. ~~~~~~~~~~ Sizin xoşbəxtliyiniz üçün lazım olan əşyalar,insanlar və ya şərtlər hər hansı mübarizə aparmadan həyatınıza daxil olur ,onlardan zövq almaq və dəyərləndirmək üçün özünüzü azad hiss edirsiniz. ~~~~~~~~~~~~ Hücum etməyə və ya müdafiə olunmağa ehtiyac da yoxdur. Sözlərin sizin şəffaf bədəninizdən keçib getməsinə imkan yaratsaniz, kifayət edəcək. Bu , o deməkdir ki , artıq siz başqası üçün incidilecek biri olmaqdan çıxacaqsınız. ~~~~~~~~~~~~~ Daxili hüzur isə sizin dünyaya bəxş edə biləcəyiniz ən qiymətli hədiyyədir. ~~~~~~~~~~~~~ Həyatınız üçün məsuliyyəti üzərinə götürün . Nə öz daxili varlığınızı, ne də dünyanı neqativlə çirkləndirməyin. İçinizdeki canlı varlığa hər hansı formada bədbəxtlik yaratmayın.
Sayfa 209·Kitabı okudu
Duygu ve Düşünce
Həqiqi sevginin əks qütbü yoxdur
Hər bir asılılıq şüursuz şəkildə özündən və iztirablarindan uzaqlaşmaq istəyindən ortaya çıxır. ~~~~~~~~~~ Münasibətləri dəyişdirən ən böyük katalizator sevgilinizi mühakimə etmədən və ya dəyişdirməyə çalışmadan tamamilə olduğu kimi qəbul etməkdir ~~~~~~~~~~ Əslində,sizi bir-birinizə bağlayan sevgi avtobusda yanınızda əyləşən insanla,ətrafdakı quş ,ağac və güllə birləşdirən eyni bağdır ~~~~~~~~~~ Qaranlıqda qalmaq istəyən biri üçün işıq çox təhlükəlidir. ~~~~~~~~~~ Yaşamaq üçün ən uğurlu seçim hər şeyi olduğu kimi qəbul etməkdir. ~~~~~~~~~~ İndini bağışlamaq daha vacibdir,nəinki keçmişi.
Sayfa 176·Kitabı okudu
Duygu ve Düşünce
Həqiqi xilas özünü tam hiss etməkdə , hüzurda və həyatı tam dolu yaşamaqdadır . ~~~~~~~~~~~~ Axtardığınızı tapmaq , seçim etmək ,nail olmaq ,əldə etmək və ya başa düşmək üçün sizin zamana ehtiyacınız var. Yalnız bundan sonra siz azad ola və ya özünüzü tam hiss edə bilirsiniz. ~~~~~~~~~~~~~ Əslində isə "bura və indi" sizi oraya, istədiyiniz yerə apara biləcək yeganə nöqtədir. ~~~~~~~~~~~~ Siz Tanrını o vaxt tapırsınız ki, onu axtarmağa ehtiyacınızın olmadığını anlayırsınız. ~~~~~~~~~~~~ Anlamalısınız ki, siz bunu gələcəkdə edə bilməzsiniz və ya keçmişə müdaxilə imkanınız yoxdur . Siz bunu ya indi etməlisiniz , ya da ümumiyyətlə, etməməlisiniz .
Sayfa 169·Kitabı okudu
Duygu ve Düşünce