Samire Memmedli

“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabından
“Azərbaycan Republikasının Dağlıq Qarabağ regionu” ifadəsi həm də BMT Baş Assambleyasının 14 mart 2008-ci ildə keçirilmiş 62 sessiyasında qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” (sənəd A/62/L.42) adlı qətnaməsində də öz əksini tapmışdır. BMT Baş Assambleyasının bu qətnaməsini xüsusi qeyd etmək lazımdır. Qətnamədə onun beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verilməsi və daimi hörmət edilməsi qeyd edilir, Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən erməni qüvvələrinin dərhal tam və şərtsiz çıxarılması tələb olunur.
Yeme-İçme
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabından
Qeyd edilməlidir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqlarının getdiyi bir vaxtda Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması və mülki şəxsləri, xüsusilə də azyaşlı uşaqları qətlə yetirməsi daha da intensivləşmişdir. Bu sıradan göstərmək lazımdır ki, Ermənistan tərəfinin cəbhəyanı bölgədə həyata keçirdiyi cinayətkar aksiyaların qurbanı kimi daha çox azyaşlı uşaqları hədəf seçməyə başlamışdır. Ermənistan tərəfindən Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun 2011-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuşdur. 2011-ci ilin martın 8-də doqquz yaşlı Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin açdığı atəş nəticəsində qətlə yetirilmişdi.
“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabından
Şübhəsiz ki, SSRİ rəhbərliyi, xüsusən də M.Qorbaçov Ermənistan rəhbərliyinin bu cinayətkar əməllərindən xəbərdar idi. Lakin SSRİ rəhbərliyi Ermənistan ərazisində azərbaycanlı əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə faktlarına görə təhqiqatların aparılması barədə qərar qəbul etmədi, bu cinayət əməllərinin təşkilatçıları və icraçılarını məsuliyyətə cəlb etmədi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı qətlə yetirildi ki, bunların əksəriyyəti qadınlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlarda donmuş, 41 nəfəri xüsusi qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfəri uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfəri diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına birləşdirilərək və s. Qeyri-insani üsullarla qətlə yetirilmişlər.
Sinema
“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabından
Təkcə XX yüzillik ərzində azərbaycanlılar ən az 5 dəfə təqiblərə və deportasiyalara məruz qalaraq, öz tarixi torpaqlarından didərgin düşmüşlər. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı bütün Azərbaycanı, eləcə də indiki Ermənistan ərazisindəki əzəli azərbaycanlı yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirmiş, yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
Anket
“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabından
Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana bilavasitə ziyanlarla yanaşı, dolayısı ilə ziyanlar da dəymişdir. Bu ziyanların miqdarı işğal altında olan ərazilər azad edilməyənədək hər il artmaqda davam edir. Uzun müddətdir ki, Azərbaycan ərazilərinin dinc yolla işğaldan azad edilməsi istiqamətində danışıqlar aparılır, əgər danışıqlar nəticəsində Azərbaycan ərazilərinin azad edilməsinə nail olunmasa belə, Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq özünü müdafiə hüququndan istifadə edərək işğala son qoyacaq və hazırda işğal altında olan ərazilərdə öz dövlət müstəqilliyini bərpa edəcəkdir. #KarabakhisAzerbaijan #QarabağAzərbaycandır!