Batko yerindən qalxıb başını aşağı dikmiş Adrianaya yavaş- yavaş yaxınlaşdı:
Qorxma, ürkək göyərçin!- Əli ilə qızın üzündə olan qırmızı rübəndi aşağı çəkdi. Digər əli ilə çənəsindən tutub astaca yuxarı qaldırdı.
Batkonun bədənindən cərəyan keçdi. Yerindəcə donub qaldı. Qolları yanına düşdü. Qəlbinə bir ox sancıldı.
-Batko, deyəsən, qızın gözəlliyi səni valeh etdi. Birdən özündən gedərsən aaa! -yenə də qəhqəhə
Adriana isə matdım-matdım qarşısında durmuş atasına baxırdı...
Məni sürüyərək yaxınlaşan maşına apardılar. Qapını açıb bir əşya kimi içəri tulladılar. Gözüm evlərin pəncərəsindən olanları gizlincə seyr edən qonşulara sataşdı. İçimdən onları qınamaq belə keçmirdi...
Dünyada valideynin övladlarının gözləri qarşısında qocalmasından, əzizlərinin ölümlərini görməkdən də daha dəhşətli hallar var imiş. Bu, insanın əzizlərini qorumaqda aciz olmasıdır...
Var gücümlə çığırdım:
-Siz qanun qarşısında cavab verməli olacaqsınız! Mən sizi məhkəməyə verəcəyəm!
-Nə, nə... Qanun... Məhkəmə?! - o biri otaqdan gülüş səsləri gəldi, - müharibə qanunsuzluq deməkdir. Qanun olmayan yerdə isə cinayətkar da yoxdur.