Hansısa şəxsin pis və ya yaxşı fəaliyyəti yalnız o şəxsə aiddir. Onun təmsil etdiyi dinə, millətə, irqə aid deyil. Digər tərəfdən də hər kəsin inancı toxunulmazdır...
Ən böyük paradoks bax budur da: müdrik və elmli insanlar özlərini heç nə bilməyən hesab etdikləri halda, cahil axmaqlar özlərini hər şeydən başları çıxan müdrik və alim hesab edirlər.
Bir müddət çaya tullanmaqda bu qədər yubandığıma görə özümü qınadım. Fikirləşirdim ki, əgər bunu tez etsəydim, bəlkə, qızın xoşuna gələrdim və o, məni tərk etməzdi. Ancaq sonradan anladım ki, çaya tullanmağıma görə mənimlə qalan biri sabah çayın qurumasına görə də məni tərk edəcəkdir.
Tamamilə itirdiyin birinə və artıq sənin üçün dəyərsizləşmiş birinə hər şeyi bağışlamaq olar. Sevib dəyər verdiyin müddətdə isə bunu etmək çox çətindir...