Fidan

68 syf.
8/10 puan verdi
·
Beğendi
Korlar ölkəsində yazar fərqli olanın necə başqaları tərəfindən qəbul edilmədiyini fantastik bir hekayə tərzində bizlərə göstərib. Mənə görə fərqlilik həm bizlərə verilən ən böyük yaxşılıq həm də doğru insanlarla qarşılaşa bilməyəndə ən böyük əziyyətimizə çevrilən bir nemətdir. Hamımızın həyatında bir dəfə də olsun hiss etdiyi bu duyğu bu kitabda
Körler Ülkesi
Körler ÜlkesiH. G. Wells · Kolektif Kitap · 20182,475 okunma
Reklam
542 syf.
9/10 puan verdi
·
Beğendi
☆ Uzun müddətdən sonra məni həvəsləndirən və sonuna qədər oxutdura bilən bir kitab ilə qarşınızdayam. Kitabımız Alice Harikalar diyarında hekayəsindən ilhamlanıb. Yazar qəddar qadın obrazının hekayədən əvvəlki həyatı və bununla paralel əlbəttə bizə həmin hekayədən tanış olan bəzi obrazların da bu hekayəyə necə daxil olduğunu göstərir. 》Türklərdə
Kalpsiz
KalpsizMarissa Meyer · Artemis Yayınları · 20171,114 okunma
60 syf.
10/10 puan verdi
·
Beğendi
Stephen King 22.11.63 romanı sağolsun bu kitabı səsli bir şəkildə dinlədim. Kitabda tez-tez adı gedən "Kelebek etkisi" məsələsinin açıqlamasını burda daha aydın bir şəkildə görə bilərik. Balaca bir kəpənəyin illər sonrakı həyata vurduğu ziyan və dəyişiklik.
Gök Gürültüsünün Sesi
Gök Gürültüsünün SesiRay Bradbury · 030 okunma

Okur Takip Önerileri

Tümünü Gör
816 syf.
10/10 puan verdi
·
Beğendi
·
72 günde okudu
Keçən il başladığım bu gözəl kitabı bu il bitirmək nəsib oldu. Açığı heç tələsmədən, zövq ala ala oxudum və belə etdiyim üçün də çox məmnunam. Çünki bütün səyahətlərimdə mənə yoldaşlıq edən bu kitabı heç vaxt unutmayacam. Son səhnəsi ilə gözlərimi dolduran özü də əvvəlcədən mini serialını izlədiyim halda məni hər səhnəsində həyacanlandıran, baş rolumuzun etdiyi bütün qərarların səbəbini anladığımız və onun yerində olsaydıq bəli mən də bunu edərdim dediyim bir kitab oldu. Mini serialında qat-qat daha yaxşı idi deyə bilərəm. Çünki burda əlavə rollara ehtiyac duyulmamışdı. Ancaq əsas məsələyə fokuslanıb bir də baş rolumuzun yaşadığı gözəl sevgi hekayəsini gördüyümüz bir kitab idi. Nə deyim bilmirəm çünki bu qədər ətraflı düşünülüb, araşdırma edilərək yazılan kitaba nə desəm az qalacaq. Yazar Stephen Kingin yaddaşımda artıq sadəcə qorxu yazarı kimi qalmayacağını isə əminliklə deyə bilərəm. Oxuyun, oxutdurun.
22/11/63
22/11/63Stephen King · Altın Kitaplar · 20213,072 okunma
133 syf.
6/10 puan verdi
·
3 günde okudu
Açığı kitabda heç bir problem yox idi. Problem mənim bu kateqoriyada olan kitabları sevməməyim idi ki, bu da verdiyim xala yansıdı. Amma açığı 5 üzərindən 3 xaldan aşağı vermək də bu kitaba böyük haqsızlıq olarmış kimi gəldi. Həm də illərdir bildiyim məşhur cümlələrin əsil mənbəyinin bu kitab olmasını öyrənmək və onları yenidən oxumaq da xoş oldu. Gələcək də isə yazarın başqa kitablarını da oxuyacam mütləq. Ta ki, həqiqətən bu tip kitabları sevənə qədər :)
Romeo ve Juliet
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202461bin okunma
Reklam
Reklam
Reklam
Reklam