Məhbubə İsmayılova

Məhbubə İsmayılova
@Mehbube1106
Tarih öğretmeni
11 June 2000
20 reader point
Joined on February 2023
Şu anda okuduğu kitap
448 syf.
·
Not rated
Günün kitabı.. Xalid Hüseyni • Çərpələng uçuran Əvvəla qeyd edim ki, Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır. Oxuyarkən ağladığım kitabların siyahısı çox uzun deyildi amma " Çərpələng uçuran" bu siyahıya uğurla daxil oldu. Kitabda dostluq , sevgi, vətən eşqi , keçmişdən qurtulma çabaları, günahlarla üzləşmə , həyatın 1
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011166k okunma
Reklam
255 syf.
·
Not rated
Bugünün kitabı..Marc Levy • Bəlkə də bu , həqiqətdir... Bir axşam tənha yaşayan memarın evində gənc , gözəl bir qız peyda olur. Və o...ruhdur..Təkcə gənc memar ona yardım edə bilər. Əgər onları bir-birinə bağlayan sevgi hisləri olmasaydı.. Kitab çox sadə və axıcı üslubda yazılıb. Yazıçı Lorenin dilindən həyatın qədrini bilməyi, onu doyunca yaşamağı, bir yanlışın insanın həyatında nələrə gətirib çıxardığını nəzərə çatdırır.. Gün ərzində bizə 86400 saniyə verilir. Əsər bizə hər saniyənin dəyərini bilməyi, vaxtımızı mənalı, unudulmaz keçirməyi , itirilən heç bir anın geri qayıtmayacağını dönə-dönə tövsiyə edir. Bundan başqa əsərdə ana- övlad münasibətləri, bir ananın öz övladı üçün öz həyatını gözardı etməsindən ustalıqla söz edilir. Əsər gözlədiyim kimi xoşbəxt sonluqla bitir.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0741 okunma
517 syf.
·
Not rated
İlin 12-ci kitabı. Və əminliklə deyə bilərəm ki, bir kitabdan daha artığı.. 8 il öncə bu kitabı ilk dəfə əlimə alanda hələ yaxşı dərk etmədiyimi, mənə qaranlıq qalan çox nüansın olduğunu anlayıb yarıda qoymuşdum. Bugün isə kitabı bitirib və daha öncədən oxumadığım üçün bir daha təəssüfləndim.. Sözü gedən kitab -"Martin İden" Cek Londonun avtobioqrafik romanıdır. Kitabda bəhs olunan hadisələrin böyük qismini Cek London həyatında yaşamışdır. Kitab sözün əsl mənasında sevgini, dostluğu, əməyi, həyatın gerçək üzünü bütün çılpaqlığı ilə ortaya çıxarır. Bir zamanlar burjuaziyaya həsədlə baxan, o səviyyəyə çatmaq üçün gecəsini gündüzünə qatan gənc obraz - Martin əsərin sonunda "ali silk" hesab etdiyi cəmiyyətin heç də qibtə ediləcək durumda olmadığını, çox cılız insanların bir araya gəlib bu təbəqəni təşkil etdiyini dərk edir. Çox sevdiyi Ruf onu uğursuzluğu üzündən tərk edir. Hansı ki , Martinin bütün çabası elə Rufa layiq olmaqdan ibarət idi. Əsərin sonu gözlədiyim kimi bitir. Çünki əmin idim ki, Martin gerçəkləri görəcək, dərk edəcək . Və bu həyatın gerçək üzünü görən , hiss edən hər kəsin beynindən azı 1 dəfə də olsun intihar etmək keçmişdir. Martinin bu insanlardan fərqi ondadır ki, o beynindən keçən bu qorxunc fikri reallaşdırır.
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202393k okunma

Reader Follow Recommendations

See All
324 syf.
·
Not rated
Əvvəla onu deyim ki, kitabı mənə çox sevdiyim insan hədiyyə edib. Kitabı fasilələrlə 2 həftəyə bitirdim. Çox gözəl bir kitab idi, oxumağa dəyər.. Nə qədər uzun ömür yaşasaq da yenə bir-birimizə demədiyimiz sözlərimiz olacaq sözsüz ki.. Ancaq itirilən vaxtın geri qayıtmadığını nəzərə alsaq bu sözlərin sayını azaltmış olarıq.. Culiya və Tomas həyatın hər kəsə nəsib etmədiyi bir şansı əldə etdi, Adam Culiyaya lazım olan diqqəti, qayğını vermədiyi üçün aqibətinin elə olacağı bəlli idi. Əsərin sonuna qədər demək olar ki, Entoninin həqiqətən robot olduğunu ya rol oynadığını anlamadım)) Stenli fikrimcə çox yaxşı bir dost idi ,Knapp haqqında eyni şeyi deyə bilməyəcəm. Bəlkə Knapp sözlərində haqlı idi, Culiyanın Tomasın həyatına yenidən girib məhv etməsindən qorxurdu amma bu yalan danışmasına haqq qazandırmır mənim gözümdə.. Və sonunda demək istəyirəm ki, bir insan nəsibinizdə varsa hətta aradan 18 il keçməsinə baxmayaraq yenidən sizə gələcək. Və əgər hələdə sevdiklərinizə deyə bilmədiyiniz sözləriniz varsa vaxt itirməyin. Çünki hər kəs Entoni kimi şanslı olmur))
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0850 okunma