İsayev Məhərrəm

İsayev Məhərrəm
@Meherrem212
272 syf.
9/10 puan verdi
·
Beğendi
Kitabı oxuyarkan bir az sıxıla bilərsiniz, çünki verilən məlumatlar, təsvirlər insan beynini yoracaq xarakterdədir. Yer adları, küçələr, keçilən ərazilər bizə tanış gəlmədiyi üçün təsəvvür etmək bi qədər çətindir. Kitab insana səmimi hislər yaşadır, onun yerində olsaydın necə davranacağını düşündürür və həmçinin heyvanlara qarşı empatiyanızı artırır. Kitabı diqqətlə oxusanız, görə bilərsiniz ki, oradakı insanlar real həyatda heyvanların və qəribə səslənsə də vətəni işğal altında olmuş şəxslərin təsviridir. Məsələn, kəşflər dövründə şimali amerikadakı yerlilər, gələn dəstəni kitabda insanlıq marslıları necə görürdüsə elə görürdü. Bu isə bizlərdə qarşı tərəfə qarşı müəyyən duyarlılıq və anlama hissimizi artırır. Yəni sadəcə fantastik bir əsər kimi oxumağınızı tövsiyyə görmürəm, düşünərək oxusanız sizin üçün möhtəşəm məlumatlar saxlayır. Çox təşəkkür edirəm.
Dünyalar Savaşı
Dünyalar SavaşıH. G. Wells · Alfa Yayıncılık · 20184,651 okunma