Bəla eynilə bir insanın xalçanın üzərindəki tozu çırpmasına bənzəyir. Xalçanı çubuqla vuran insan, əslində, xalçanı vurmur, onun üzərindəki tozu vurur. Çünki xalçanın üstündə toz var, o da xalçadan həmin tozu təmizləmək istəyir. Allah da sanki bəzi durumlarda insanları bəla çubuğu ilə vurur ki, insanların qəlbinin çirkini, tozunu təmizləsin. “…əslində, onların qəlblərini qazandıqları (günahlar) paslanmışdır.” İnsana bəla çubuğu dəyməlidir ki, qəlbinin tozu təmizlənə bilsin.
Allah Quranda belə buyurur: “Yoxsa qəlblərində xəstəlik (kin, küfr, ikiüzlülük, olan kəslər Allahın onların kin və ədavətlərini heç vaxt ifşa etməyəcəyini zənn edirlər ?”
Allah Quranda buyurur: “…Məni çağırın ki, Mən də duanıza cavab verim…” Görəsən Allah səsimi eşidir ? Allah insanı eşidir və ona onun düşündüyündən də yaxşısını verir.