Zəhra Mirzəyeva

282 syf.
9/10 puan verdi
·
Read in 9 days
Məncə intihar düşünən insanlar üçün fərqli bir baxış pəncərəsi yaradır və bu işdən çəkindirə biləcək gücdə bir kitabdır. Çünki, insanı məhvə aparan əsas duyğulardan biri ümidsizlik, digəri isə peşmançılıqdır. Kitabı oxumaq zövqverici idi. Amma əsərin ortalarında hekayə biraz yavaşladı və sanki kitabı uzatmaq üçün yazılmış kimi hissetdirdi. Onun xaricində "oxunması tövsiyə olunacaq" kitablar siyahısına daxil oldu.
Gece Yarısı Kütüphanesi
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202156k okunma
Reklam
344 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 18 days
Azadlıq
Azadlıq haqqımda yazılanlar kitabın kiçik bir hissəsini tutsa da hər biri dəyərli mövzuları əhatə ütdiyi üçün bəyəndim. Oxunması rahat və anlaşıqlı idi. Bunun səbəbinin də universitet tələbələrinə verilən təlimlərdən toplanmış səs yazılar olduğunu düşünürəm
Mənəvi Azadlıq
Mənəvi AzadlıqMurtaza Mutahhari · Parlaq İmzalar · 202117 okunma
168 syf.
7/10 puan verdi
·
Read in 28 hours
Mübarizə, bilik və sevgi
Yol güzel Varmak Kimin umurunda..? -
Yılmaz Erdoğan
Yılmaz Erdoğan
Kitabı bitirdikdən sonra ağlıma ilk bu şeir misraları gəldi. Qoca mənim ilə o qədər əks düşüncədə idi ki, ilk dəfədir bir kitabda bu hissi yaşayıram. Çox narahat oldum, yeri gəldi əsəbləşdim, çox zaman isə paxıllıq etdim onun etdiklərinə. Mübarizə aparmaq məğlub olacağını bilə-bilə, bu mənə yad bir duyğudur. Ondan əlavə olaraq kitabı oxuduğum zaman bilginin, öz işinə hakimliyin nə qədər önəmli, necə gözəl və özgüvənverici bir duyğu olduğunu yaşadım. Hekayələşdirilmiş nəsihət oldu mənə bu kitab.
Qoca və Dəniz
Qoca və DənizErnest Hemingway · Parlaq İmzalar Nəşriyyatı · 201932.3k okunma

Reader Follow Recommendations

See All
440 syf.
7/10 puan verdi
·
Read in 10 days
"İkinci dünya müharibəsi" zamanı yəhudilərin kütləvi həbsindən, bu zaman həyatı məhv olmuş bir yəhudi qızın - Saranın yaşadıqlarından danışılan bir əsərdir. Lakin obrazlar uydurmadır, həqiqi deyildir. Kitabı oxuduğum zaman Sara ilə birlikdə ümid etdim, onun hüsranı məni də incitdi. 10-11 yaşlı bir qızən bu qədər kədəri dadması, həyatının birdən, sadəcə yəhudi olduğu üçün məhv olması... Əsərdə bütün bunları 60 il sonra üzə çıxaran jurnalist Culiya və Saranın onun həyatı ilə bağlılığını da yanaşı olaraq oxuyuruq.
Saranın Açarı
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019105 okunma
352 syf.
5/10 puan verdi
·
Read in 20 days
Klassik amerikan məktəbli hekayəsi. Uşaqların bu qəddar olması dəhşətverici. Hekayə dedektiv janrında idi deyə bilərəm. Maraqlı idi, amma 5 ballıq. Bir yerdən sonra hadisənin həqiqi üzünü müəyyən edə bilirsiz.
Birimiz Yalan Söylüyor
Birimiz Yalan SöylüyorKaren M. McManus · Yabancı Yayınları · 20173,040 okunma
Reklam
352 syf.
7/10 puan verdi
·
Read in 8 days
Kitab karbohidratın beynimizə vurduğu ziyanları biokimyəvi cəhətədn sadə bir dillə izah edir. Karbohidrat və şəkərin hormonlara təsiri və əlaqədar olaraq beynimizə, ruhsal durumumuza təsirləri inanılmazdır. Bununla yanaşı məni ən çox təəccübləndirən kolestrolun insanlar arasında yanlış olaraq pis olması düşüncəsidir. Əslində koestrol beynimiz və dolaysıyla orqanizmamız üçün çox xeyirliymiş. Kitabda öyrəndiklərimizi tətbiq edə biləcəyimiz 4 həftəlik plan və 1 həftəlik nümunə menyu, reseptlər yer alır. Maraqlı və öyrədici bir oxuma oldu. Düzdü bəzi təjrarlamalar var idi. Bir məsələni hər bölümdə qeyd edir və onun haqqında yenə danışırdı. Buna rəğmən nə yaxşı oxudum deyirəm.
David Perlmutter
David Perlmutter
Tahıl Beyin
Tahıl Beyin
Tahıl Beyin
Tahıl BeyinDavid Perlmutter · Pegasus Yayınları · 20151,035 okunma