Minira Abasova

Minira Abasova
@Minira
Bu dünyada hər səadətin, hər xoş dəqiqənin bir sonu vardır. Bayaq aləmi gur işığa qərq edən günəş artıq batmamışdırmı?
Alıntı
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi, bəzən başımızın üstünü alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur.
Alıntı
İndi onlar hamısı məndən uzaq, mənə yad idilər. İndi onların üzündə mənə qarşı dözülməz dərəcədə soyuq, biganə bir ifadə hiss edirdim. “Ax,biz insanlar nə üçün beləyik? Nə üçün bir-birimizin qəlbinə girə bilmirik? Birimiz bu qədər dərd içində ikən , nədən digərimiz elə gülür? Ax, biz nə qədər xudpəsəndik! O mənim məktubumu oxuyub nə düşünəcək? Mənim göstərdiyim bu fövqəladə fədakarlıq kimin üçündür? Bunu kim biləcək , kim qiymətləndirəcək? Mən öz səadətimi kimdən ötrü məhv edirəm? Biz insanlar buna dəyərikmi? Mən dünyada misli görünməmiş bir axmaqlıq etmirəmmi? Durub Muradın ardınca yüyürsəm…”
“Söyüdlü arx”
1000Kitap
Ah, kama yetən eşq, sən nə gözəlsən! Nə cazibədarsan!
Alıntı