İskəndər. Ata, nә istәyirsәn?
Hacı Həsən (İskәndәrә). Bura gәl, bura gәl. Gәl yapışım әlindәn, dizlәrim titrәyir (oturur, İskәndәr yapışır atasının әlindәn). Bismillahür-rәhmanür-rәhim. Deginәn mәnә bir stәkan su gәtirsinlәr.
İskəndər. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.
Hacı Həsən (yapışıb İskәndәrin әlindәn). Yox, İskәndәr, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlәrim qaralır.
İskəndər. Qorxma, heç bir şey deyil, ancaq adam dәli olanda elә bir azca gözlәri qaralır. Dәxi bundan başqa bir şey yoxdu. Qorxma, bircә bu var ki, sәnin başına hava gәlib.
Hacı Həsən. Yox, yox, inşallah, heç zad olmaz. Deginәn bir stәkan su gәtirsinlәr.
İskəndər. Su gәtirsinlәr; amma dәli olana su xeyir elәmәz. (Ucadan). Əli, Əli! Bir stәkan su gәtir. (Əli çıxır).
Hacı Həsən. İskәndәr, sәn mәni lap qorxudursan. Axı mәn özüm bilirәm ki, ağlım başımdadı. Ancaq deyәsәn ki, gözümә bir şey görsәndi. Elә kәfәnli adam kimi bir şey idi. Gәlib durmuşdu qapıda. Bәlkә sәnin dә gözünә bir elә şey sataşıb?
İskəndər. Yox, ata, mәnim gözümә bir şey sataşmayıb. Dәli adamın gözünә elә şeylәr görsәnәr.Əli su gәtirir, Hacı Hәsәn alıb içir vә deyir: Allah Yezidә lәnәt elәsin!
Hacı Həsən (İskәndәrә). İskәndәr, vallah, deyәsәn mәnnәn zarafat elәyirsәn. Mәn burada hәr bir zadı ayın-şayın görürәm. Nәdәn deyirsәn ki, mәnim başıma hava gәlib?
İskəndər. Ondan ötrü ki, Şeyx Nәsrullah sizә tәlә qurmaqdan ötrü beyninizi doldurub ki, ölülәri dirildә bilәr, sәn dә inanıb var-yoxunu istәyirsәn verәsәn İsfahan lotusuna!
Hacı Həsən (bir qәdәr fikir elәyib). Yaxşı, bir saatlığa, tutaq ki, mәn dәli olmuşam; bәs Mir Bağır ağa ki, alim adamdır, o niyә bәs ölülәrin dirilmәyinә inanır? Elәdә o da dәlidi?
İskəndər. Yox, Mir Bağır ağa dәli deyil, ancaq eşşәkdi.
Hacı Həsən (dikәlib hirsli, ucadan).