Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bəyaz Gecələr

Fyodor Dostoyevski
Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir! Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab olunan Fyodor Mixayloviç Dostoyevski (1821-1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F. M. Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun “Bəyaz gecələr” əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib.
Yazar:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Çevirmen:
Yusif Əzimzadə
Yusif Əzimzadə
Tahmini Okuma Süresi: 2 sa. 57 dk.Sayfa Sayısı: 104Basım Tarihi: 2019İlk Yayın Tarihi: 1848Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Белые ночи
ISBN: 2001090644639Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
104 syf.
8/10 puan verdi
İlk dəfədir ki, Dostoyevski kitablarına başladım. Yazarın kitablarına başlamaq üçün doğru seçim məncə. Kitabda iki obrazımız var, xəyalpərəst və Nastenka. Əsas obraz olan xəyalpərəstin yaşadığı 4 gündən bəhs edilir. Kitabın adı olan "bəyaz gecələr" isə xəyalpərəstin Nastenka ilə birlik də keçirdiyi günlərə verdiyi addır. Xəyalpərəst 20li yaşlarında sevgiyə möhtac, özünəqapanıq, yalnız və hüzünlü biridir. Hekayədə obrazlar bir axşam təsadüfən qarşılaşırlar və xəyalpərəst bir neçə dəqiqə içərisində qıza aşiq olur. Nastenkanın isə 1 ildir gözlədiyi başqa bir adam var hekayədə. Keçirdikləri bu 4 gündə xəyalpərəstin tapdığı sevgisiylə dəyişən yaşamı, bunun qarşısında da sevgilisini gözləyən saf bir qızın sonda öz eşqinə qovuşmasından bəhs edilir. Kitabın mövzusu çox sadə görünsə də yazar obrazları içimizə işləyəcək qədər özənlə yazmışdır. Həm yalnızlığı, həm aşiq olan bir adamı, həm də ayrılığı fərqli bir baxış açısı ilə görə bilərsiniz. "Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!" (səh.103)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
8/10 puan verdi
·
9 saatte okudu
Bəyaz Gecələr Dostoyevskidən oxunabiləcək ən rahat əsərlərindən biridir, bəlkə də yazıçılıq karyerasının ilk dövrlərində yazdığı üçün. Özünəməxsus üslubu ilə bu qısa kitabda da oxuyucunu öz təsiri altına sala bilən yazarlardandı Dostoyevski. Hekayəmizdəki əsas obraz yalnızlıq çəkən bir gəncdir və bu gənc bəyaz gecələrin birində yolda gördüyü bir
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
Əsər çox sevdiyim əsərlər sırasına daxil oldu. Obrazların hissləri çox gözəl şəkildə, oxucuya çatdırılır. Dostayevskinin oxuduğum bir neçə əsəri içində ən axıcı əsəri olduğunu deyə bilərəm. Oxumağa dəyər, yenidən oxuya biləcəyim əsərdir.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
Reklam
104 syf.
7/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
Bu Dostoyevskidən oxuduğum üçüncü kitabdır. Əvvəla qeyd edim ki,kitab axıcı dillə yazılmışdır. Əsərdə süjet xəyalpərəst biri ilə Nastenka arasında dövr edir. Nastenkanı heç sevə bilmədim. Nə istədiyini bilməyən biri olaraq,elə bu səbəbdən də onu sevən birinə də boş ümid vəd etdi. Boş deyirəm,çünki hislərindən əmin olmayaraq bir qərar verir və sonra da heçnə olmamış kimi öz yoluna davam edir. Və ardınca da yazdığı məktubla,qismən vicdanını rahatladır. Xəyalpərəstə gəlincə isə,bu xarakter sadəcə sevgi aclığı çəkir. Tənhalığına son vermək istəyir. Elə düşünürəm ki,onun üçün fərq etmirdi,bu aclığı Nastenkayla da doldura bilərdi,ya da bu başqası da ola bilərdi. Nastenkadan daha çox xəyalpərəstdə saflıq hiss elədim. Nastenka gerçəktən sevirdisə,elə məhz əvvəlki sevdiyini də gözləməli idi. Vəd etdiyi vaxtdan da artıq gözləyə bilsəydi birinə də boş ümid verməyə tələsməzdi. Xəyalpərəstin isə sevgisi gerçək idi. Nastenka onu yox kimi bir kənara qoysa da,onun haqqında tək bir pis fikir düşünmək bir yana,hətta yeni həyatında sadəcə xoşbəxt olmasını dilədi.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
9/10 puan verdi
·
13 günde okudu
İhanet mi, sadakatsizlik mi...ya da ne istediğini bilememek mi?! İnsanoğlu aşk derken ne anlıyor acaba?! Aşk gitmek mi, kalmak mı?! Aşk bitirmek mi, başlatmak mı?! Aşk var mı, yok mu?! Aşk bir tek insana karşı oluyor mu?! Hangi beyaz gecede yitirdik aşk duygumuzu acaba...
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
7/10 puan verdi
·
7 günde okudu
Fikrimcə, bu kitab üçün sadəcə müəyyən məlumatları versəm, bir az da öz düşüncələrimdən yazsam kifayət edər. Kitab ümumi 4 gecədən ibarətdir. 1-ci gecədə həyatı boyu yalnız yaşamış, çəkingən bir oğlanın Peterburq şəhərində öz, saf xoşbəxtliyi ilə boş küçələrdə hoppanıb düşməsi təsvir olunur. Sonra bir şablon aksiyon hadisəsi sayəsində Nastenka
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Dostoyevskidən oxuduğum ikinci kitab, mini klassika. Bəyaz gecələr... Az səhifəsi olmasına baxmayaraq bir dəfə yarıya kimi oxuyub bitirə bilməmişdim. Və bu dəfə kitabı sona çatdırdım). Tərcümə olmağına baxmayaraq yazıçının fikirləri, cümlələri və obrazların hissləri aydın ifadə olunmuşdur. 4 gecənin və bir gündüzün əks olunaraq xəyalpərəst bir gəncin bəyaz eşqindən bəhs edir. Nastenka adlı gənc qızla təsadüfən tanış olan xəyalpərəst oğlan qıza aşiq olur. Qız isə onu yalnız dost, qardaş kimi görür. Daha sonra qız onun sevgisinə qarşılıq vermək istəsə də, əvvəlki sevgilisinə qayıdır. Və xəyalpərəst oğlan yenidən öz xəyallarına, yalnız həyatına geri dönür. Oxumağa dəyər bir kitabdır..)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
Reklam
104 syf.
8/10 puan verdi
Sentimentallığı baxımdan Dostoyevski yaradıcılığının tipik əlamətlərini hər səhifədə hiss etmək mümkündür.Bir anda oxucu hadisələrin kənarında dayanmış müşahidəçiyə çevrilir,digər yandan da dəyişən münasibətlər burulğanını ruhunda yaşayır,nəticə çıxarılması deyil,yaşanılması lazım olan münasibətlər burulğanın kağıza köçürülmüş formasıdır.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Oxuduğum ən gözəl klassiklərdən biri oldu. Oxuduqca daha çox oxuyasım gəlirdi. Və baş obrazda özümə aid bir şeylər tapmaq, bəlkə də kitabı mənə daha çox sevdirdi. Bəyaz gecələr deyə başlayan bu kitab. Baş obrazın Nastenka adlı gənc qızla olan görüş günlərinin adıdır. Bütün həyatı kədərli və yalnız keçən adam bir gün həyatına işıq salan gənc qıza aşiq olur. Təsadüfi qarşılaşma onun bütün alışqanlıqlarını geridə buraxır. O yalnızlığa, kədərə alışmışdı,amma Nastenkaya olan sevgisi onda bütün bu kədərdən qurtulması üçün ümid işığı olmuşdu. Nə yazıq ki, Nastenkanın sonda etdiyi o iyrənc hərəkət sizə bu obraza nifrət hissi bəsləməyinizə də səbəb ola bilər. Xülasə məndə belə oldu. Kaş belə bitməsəydi,amma hər zaman xoşbəxt sonluqlar olmaz. Bəzən kədərli bitişlərdə olur. Nə demişlər kədərli bitən sonluqlar yazılar, xoşbəxt sonluqlar yaşanar. Xoşbəxtliyin bəhs ediləsi bir yanı yoxdur. Çünki xoşbəxtlik ancaq yaşanılaraq görülməlidir. Bu kitabı sizə çox çox tövsiyyə edirəm. Oxuduğunuza əsla peşman olmayacaqsınız. Və bir də çalışaq ki, Nastenka kimi amansız olmayaq. İnsanların duyğuları bu qədər dəyərsiz olmamalıdır.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
103 syf.
·
Puan vermedi
Sevgi material məhdudluğa qarşı xəyalpərəst etirazdır.
Bu təhlil kitabı oxuyub bitirmişlər üçün nəzərdə tutulub. Bilmirəm, sevgidən çoxmu danışırlar, yoxsa bəzi çoxdanışanlar ancaq sevgidən danışır, ancaq maraqlısı budur ki, sevgi çox eşitdikcə də adiləşmir və zamanla təsir gücünü itirmir. Dostoyevskinin "Bəyaz gecələr"ini sevgi ədəbiyyatı saymaq olarmı, yoxsa yox, qərar verə bilmirəm.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Spoi var!!!
- Kitabın axıcılığına, obrazların keçirdiyi hissləri yansıtmasına söz belə deyə bilməyəcəm. Mükəmməl idi. Oğlan obrazına o qədər pis oldum ki, həm saflıqı həm təmizqəlblililiyi, və elə bir insanın qarşısına da Nastenka kimi bir çətin qadının çıxması.. Nastenka obrazını kitabdakı son səhnəyədək qınamırdım. Çünkü uşaqlıqdan nənəsinin dibindən ayırlmamış sevgiyə ac bir qız idi.. Və hiss etdiyi hər duyğunu əsl sevgi adlandırırdı. Son səhnədə oğlana o qədər ümid verib. Gələcək planları qurduqdan sonra.. 2 dəqiqənin içində oğlana unutduğuna inandırdığı sevgilisini görüb onun qollarına atlaması.. Bu yetmirmiş kimi sonradan oğlanı öz toylarına çağırması.. Məni həm sinirləndirdi həmdə sırf oğlanın keçirdiyi hisslərə görə də duyğulandırdı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
102 syf.
5/10 puan verdi
·
Beğendi
Beyaz Geceler
Kitab iki kişinin konuşmasını kalem alıyor,benim tarzım olmadığı için fazla sevemedim...Ama sonlarda Nastenkanın yaptıkları sinirimi bozdu,kitabdan kızı çıkarıp dövesim geldi...
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
104 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Bəyaz Gecələr
Baş qəhrəmanımız xəyalları ilə yaşayan və bundan zövq alan biridir. Lakin bir gecə gördüyü bir qadına vurulur və artıq onunla birgə xəyallarda yox reallıqda yaşamaq istəyir. Qadına aşiq olduğunu qəbul etmək istəməsə də nəhayət bunu özünə və ona etiraf edir. Və sonda sevgisi qarşılıqsız qalır... Kaş belə bitməsə idi...
Bəyaz Gecələr
Bəyaz Gecələr
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
110 syf.
·
Puan vermedi
·
3 saatte okudu
Başka bi evrende başka bir mutlu son biz bunu hak etmiştik)
Ah, Nastenka yaktın bizi bu adam güzel bir sonu hak ediyordu " Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? "
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,3bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.