Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

104 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Dostoyevskidən oxuduğum ikinci kitab, mini klassika. Bəyaz gecələr... Az səhifəsi olmasına baxmayaraq bir dəfə yarıya kimi oxuyub bitirə bilməmişdim. Və bu dəfə kitabı sona çatdırdım). Tərcümə olmağına baxmayaraq yazıçının fikirləri, cümlələri və obrazların hissləri aydın ifadə olunmuşdur. 4 gecənin və bir gündüzün əks olunaraq xəyalpərəst bir gəncin bəyaz eşqindən bəhs edir. Nastenka adlı gənc qızla təsadüfən tanış olan xəyalpərəst oğlan qıza aşiq olur. Qız isə onu yalnız dost, qardaş kimi görür. Daha sonra qız onun sevgisinə qarşılıq vermək istəsə də, əvvəlki sevgilisinə qayıdır. Və xəyalpərəst oğlan yenidən öz xəyallarına, yalnız həyatına geri dönür. Oxumağa dəyər bir kitabdır..)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,7bin okunma
·
156 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.