Gönderi

8/10
·104 syf.··
2021 29. kitabı
·
9 saatte okudu
·
Okunma: 01 Haziran 2021 05:23
Bəyaz Gecələr Dostoyevskidən oxunabiləcək ən rahat əsərlərindən biridir, bəlkə də yazıçılıq karyerasının ilk dövrlərində yazdığı üçün. Özünəməxsus üslubu ilə bu qısa kitabda da oxuyucunu öz təsiri altına sala bilən yazarlardandı Dostoyevski. Hekayəmizdəki əsas obraz yalnızlıq çəkən bir gəncdir və bu gənc bəyaz gecələrin birində yolda gördüyü bir qıza aşiq olur. Amma necə eşq, qıza dəli divanə olur. Nastya isə onun bu sevgisini rədd edir və onunla ancaq dost ola biləcəyini bildirir, bunu qəbul edən gənc oğlan Nastya ilə yaxın dostluq münasibəti qurur , Nastya ona ilk məhəbbətindən, sevgilisinin onu yarıyolda buraxmağından danışır. Və bütün bu müddət ərzində gənc oğlan Nastyanın yanında olur və ona mənəvi dəstək verir. Bir müddət sonra Nastya sevgilisinin dönməyəcəyini anlayır və oğlana şans verəbiləcəyini, əslində onu sevdiyini düşünür. Lakin bu uzun sürmür və qızın əvvəlki sevgilisi qayıdır, Nastya isə heç düşünmədən oğlanı tərk edib sevgilisinə dönür. Oğlan isə Nastyanı bağışlayır və sevməyə davam edir... Dostoyevski bu əsərində əslində sevginin ən təmiz və saf halını bizə göstərir. Əsərdəki obraz sevdiyi insanın hisslərini özünkündən daha üstün tutur və buna görə də heç vaxt ona qarşı kin və nifrət bəsləyə bilmir və sevməyə davam edir. Digər tərəfdə isə Nastya ikiüzlü biri kimi qələmə alınıb, nə istədiyini bilməyən Nastya isə digərlərinin hislərini vecinə almadan sadəcə özünü düşünür. (P.S. o hissədə əsəbləşib Nastyaya hisslərimi söyüşnən ifadə eləmişdim :d ) Xoşbəxtlik, kədər, aldadılma, tərkediliş və bir çox insani duyğuların hamısının mükəmməl şəkildə işləndiyi bu kitabı hər kəs oxumalıdı. Xoş mütaliələr.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,1bin okunma
·
2.615 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Yarıda saxladığım kitab 😪, gərək oxumağa başlayım.
Shahin A
Gönderi Sahibi
Oxumağa dəyər
Okuyacaklarima ekledim :)
Shahin A
Gönderi Sahibi
Oxumağa dəyəcək :)
Hardasa görmüşdüm elə bil bu incələməni
Shahin A
Gönderi Sahibi
Asistanım yazıb