1000Kitap Logosu
İsazadə Şövkət
İsazadə Şövkət
İsazadə Şövkət
TAKİP ET
İsazadə Şövkət
@isazade_sh
Books and music makes life even better.
Chemistry
Baku State University
Azerbaijan, 27 Temmuz 2002
Kadın
2573 okur puanı
08 Eyl 2020 tarihinde katıldı.
177
Kitap
18
İnceleme
1.977
Alıntı
94
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
İsazadə Şövkət
tekrar paylaştı.
360 syf.
·
3 günde
·
Beğendi
·
10/10 puan
Çünki Oğuz Atayı da oxudum. Səni də AZ tanıdım...
İncələməyə necə başlayacağımı, hislərimi necə ifadə edəcəyimi bilmirəm, kitabı oxumağa başlayanda içimi sanki qaranlıq bir hiss bürüdü, 11 yaşlı qız uşağının yaşadıqları, öncə təriqət şeyxinin oğlu ilə evləndirilməsi, təcavüz, şiddət və daha yaza bilməyəcəyim bir çox şey . Bir yerlərdə bunların baş verməsi gerçəyi içimi ürpərtdi və oxumağa davam elədim. Kitabın ikinci hissəsi isə 11 yaşlı "mezar çocuğu" Dərdadan gedir. Hansı ki 11 yaşında anasının öldüyünü hər kəsdən gizləyib, yetimxanaya getməmək üçün anasını balta ilə 9 hissəyə böləcəkdi. Nə qədər tüklərürpədici olduğunu izah eləməyə belə ehtiyac yoxdu məncə. Daha sonra o məzarlıqda hər gün məzarının başında dərdləşdiyinin Oğuz Atay olduğunu isə illər sonra öyrənəcəkdi. Və yenə illər sonra Oğuz Atay uğrunda ona əzab çəktirən, onu diqqətə almayan kim varsa, hamısından qisas alacaqdı. 11 yaşlarında yolları kəsişən bu iki Dərda, daha sonra 40 yaşlarında yenidən rastlaşırlar və onları birləşdirən məhz Oğuz Atay olur. Birbirlərini AZ tanısalar belə bu detay və həyatlarında çəkdikləri əzab əziyyət onları birləşdirir və sonunda bir olmağı bacarırlar. Ayrı keçən 40 ilin ardından, birlikdə olacaqları 40 il... Bu kitab mənə bir çox şeyi birdən hiss etdirdi. Bütün insanlığı lənətləsən və hər kəsdən ümidini kəssən belə, bir gün bir insan sənin üçün hər şey ola bilir, 40 yaşında  olsan belə.  Və heç ümid yoxkən bir yerdən anidən bir işıq parlaya bilir. Heç vaxt ümidinizi itirməyin, sizin olan sizi tapacaqdır. Bəlkə də Oğuz Atayın dediyi kimi: “Öyleyse, ben de hayatımın sonuna kadar aynı yerde kımıldamadan oturacağım,” dedi. “Herkes istediği kadar koşsun. Beni anlayacak insan, oturduğum yerde de beni bulur." Oğuz Atay isə mənim üçün bu kitabdakı ən önəmli detay idi və mənə bir daha sevdirdiyi üçün təşəkkürlər Hakan Günday... Oxuyun, oxutdurun, hər kəsə xoş mütaliələr diləyirəm.
Az
8.7/10
· 12,9bin okunma
OKUYACAKLARIMA EKLE
1
76