İsazadə Şövkət

Çocuklar da kusura bakar
8/10
·104 syf.··
Beğendi
·
2024 9. kitabı
·
2 saatte okudu
·
Okunma: 07 Mart 2024 00:42
"Uçurtmayı vurmasınlar" kitabı annesi esrar yüzünden habishanaye düşmüş, bu yüzden cezaevinde büyüyen ve dışarıda akan hayat hakkında hiç bir fikri olmayan beş yaşlı Barışın çok sevdiği ona arkadaşlık eden, sorularına, sorgulamalarına cevap veren, onu hiç yanıtsız bırakmayan İnci ablasının tahliye olmasından sonra çeşitli kişilerle ona yazdığı mektublardan ibaret. Kitabı okurken farkına vardım ki, habishaneye düşmüş insanların hayatları hakkında, içeride oldukları zaman, çıktıktan sonra topluma karışmaları konusunda pek çok kez düşünmeme rağmen, orda doğup, büyüyen hiç bir suçsuz, günahsız çocuklar hakkında hiç düşünmemişim bu zamana kadar. Hayatı yalnız bir kaç renkli kitapdan öğrenen Barış, babasının onları ziyaret etmeyi kestikten ve sonra da İnci ablasının tahliye olması ile birlikte onu saran derin yalnızlığına yalnızca mektuplar teselli oluyor. "-Kim ister buralara düşmek? Kader işte. -Kader kim? -Bizi buralara düşüren, üstümüze kilit vuran. -Anahtarlı teyze mi?" Kitaptaki en saf sorgulamalar, "çocuk daha o, anlamaz" dediğimiz çocukların aslında ne kadar derin düşündüğü gerçeğini bir kez daha yüzüme çarptı. "Çocuklar da kusura bakar." Feride Çiçekoğlu aslında kitabın çok okunmayacağı bilinci ile yazıyor bu kitabı. Hapishanadeki yıllarında tanıdığı Barışın, orda yaşayan çocukların, haksız yere cezaevinde olanların, "düşünce suçlularının" sesinin bir nebze de olsa duyurmak için. Ama Tunç Başaran bir tatil köyünde tesadüfen eline geçen bu kitabı okur, "bundan iyi film olur" diye düşünmesi ile senaryonu yazdırır ve Feride Çicekoğlunu arar. Feride hanım senaryonu beğenmeyince yeniden senaryonu kendisi yazar ve film yayınlanır. Filmin o dönem çok ses getirmesi ile birlikte kitap satışları da artar. Ben kitabı storytelden Bennu Yıldırımların sesinden dinledim,
Uçurtmayı VurmasınlarFeride Çiçekoğlu · Can Yayınları · 202417,2bin okunma
Reklam
9/10
·223 syf.··
Beğendi
·
2022 20. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Temmuz 2022 00:55
"Söyüdlü arx" İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdi amma son olmayacağına əminəm. Nə qədər də xarici ədəbiyyata üstünlük versəm, hərdən dönüb öz ədəbiyyatımızdan hər hansı bir əsər oxuyanda, digərlərində hiss etmədiyim doğmalığı iliklərimə qədər hiss edirəm. Hadisələr Güney qışlaqla Quzey qışlaq arasında cərəyan edir. Kitabın adı isə hər iki kənd arasında olan arxın adı ilə əlaqədardır. Əsərimizin baş qəhrəmanı yetim böyüyən, öz ayaqları üstündə dayanmağa çalışan taa uşaqlıqdan bütün əziyyətlərə qatlanmış, amma yenə də heç vaxt taleyindən şikayətlənməyən gənc teatr oyunçusu Nuriyyədən gedir. Bəlkə də uzun zamandır ki, bu qədər mükəmməl xarakterli bir qadın obrazlı kitab oxumurdum. Hər şeyi ilə olması gərəkən kimi bir obraz görürük qarşımızda. Bəlkə də olması gərəkəndən artıq. Sevdiyi insanın həyatını özündən daha ön plana qoyan, onun üçün bütün fədakarlığı edən, öz xoşbəxtliyini sevdiyi insanın xoşbəxtliyinə bağlayan, heç kəsin arxasından danışmayan (digərlərinin də danışmağına icazə verməyən) qadınların da cəmiyyətdə öz yerini tapmasına dəstək olan və daha burda saya bilməyəcəyim bir çox özəlliyi özündə daşıyan bir xarakterdən söhbət gedir. Kitabı oxuyarkən Nuriyyənin hərəkətlərini təqdir etsəm də, bitirdikdən sonra düşünürdüm ki, bəs bu qədər fədakarlığa insanlar dəyərmi? Çünki biz fədakarlıqlar etdikcə, insanlar artıq o fədakarlıqları,  bizim borcumuz kimi görür və hər dəfəsində daha artığını istəyirlər. Və artıq sən də  bu çıxmazın içərisində itirsən. Nuriyyə demişkən; "qayda budur: həyat özü həmişə dözümlülərin yükünü artırır." Kitabı bitirdikdə qapağını ağır bir hiss ilə bağladım, yəqin ki, hələ bir neçə gün təsirindən çıxa bilməyəcəm. Hər kəsə bu kitabı oxumağı tövsiyə edir və xoş mütaliələr diləyirəm.
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,304 okunma
"Oğuz Atay, iyi olan her şeydi. İyiliğe ilişkin her şey."
10/10
·480 syf.··
Beğendi
·
2021 142. kitabı
·
9 günde okudu
·
Okunma: 27 Ekim 2021 23:09
İncələmə deməyək də, Oğuz Ataya və əsərlərinə olan hislərimin ifadəsi deyək:D Kitaba başlamağım biraz ani oldu. Həmişə bir kitabı oxuyarkən bundan sonra hansı kitaba başlayacağıma qərar verib elə oxumağa başlayıram. Bu dəfə ən yaxın dostumun mənə bu kitabı hədiyyə eləməsi ilə bir Oğuz Atay kitabının rəfdə gözləməsinə dayana bilmədim və dərhal oxumağa başladım. Oğuz Ataya olan heyranlığım əvvvəlki incələməmdə də(#138713709) vurğuladığım kimi Az kitabını oxuyarkən başladı. Düzü Oğuz Ataya aid olan alıntılar sosial şəbəkələrdə çox qarşıma çıxırdı. Özəlliklə də “Olric” və “Albayım”lı dialoqlar çox diqqətimi çəkirdi. Çox təəsüfki bunların 90%nin insanların uydurdurduğu alıntılar olduğunu sonradan öyrənmişdim. Belə bir yazarın əsərlərinin “popüler kültür kölesi” insanların əlinə düşməsi də içlər acısıdır. Bəlkə 100 nəfərdən 1i Tutunamayanları sona qədər oxumuşdur ya yox, amma hamı onun haqqında fikir sahibidir və hamı mütləq bir uydurma Oğuz Atay alıntısını özü oxumuş kimi paylaşır. Mənim bu kitabı oxumam isə düzü “O A lı bir anarxistin- Dərdanın oxuduqdan sonrakı hislərini anlamaq üçün oldu və qəribəsi də odur ki, oxuduqdan sonra eyni hisləri yaşamışdım. "Yedi yüz küsur sayfalık kitabı bitirmiş,tavana bakıyordu. Hayatı boyunca okuduğu ilk romandı. Anladığıysa bir toz kadar. Zihninde tek bir toz tanesi, hızla inip kalkan göğsündeyse Tutunamayanlar'ın geriye kalanı vardı. Bu yüzden nefes almakta zorlanıyordu. Cümleleri anlayamamış olsa da, bir araya geldiklerinde hissettiklerinden. Derda, Oğuz Atay'ı anlayamamış, ancak daha da ileriye gidip hissetmişti. Belki de oraya giden yol, anlamamaktan geçiyordu. Anlamayı sağlayacak anahtarlara sahip olmamaktan. Romandaki adlar, olaylar, karşılaşmalar, söylenenler, her şey başının etrafında
Edebiyat
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayınları · 202538,8bin okunma
Çünki Oğuz Atayı da oxudum. Səni də AZ tanıdım...
10/10
·360 syf.··
Beğendi
·
2021 70. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mayıs 2021 14:34
İncələməyə necə başlayacağımı, hislərimi necə ifadə edəcəyimi bilmirəm, kitabı oxumağa başlayanda içimi sanki qaranlıq bir hiss bürüdü, 11 yaşlı qız uşağının yaşadıqları, öncə təriqət şeyxinin oğlu ilə evləndirilməsi, təcavüz, şiddət və daha yaza bilməyəcəyim bir çox şey . Bir yerlərdə bunların baş verməsi gerçəyi içimi ürpərtdi və oxumağa davam elədim. Kitabın ikinci hissəsi isə 11 yaşlı "mezar çocuğu" Dərdadan gedir. Hansı ki 11 yaşında anasının öldüyünü hər kəsdən gizləyib, yetimxanaya getməmək üçün anasını balta ilə 9 hissəyə böləcəkdi. Nə qədər tüklərürpədici olduğunu izah eləməyə belə ehtiyac yoxdu məncə. Daha sonra o məzarlıqda hər gün məzarının başında dərdləşdiyinin Oğuz Atay olduğunu isə illər sonra öyrənəcəkdi. Və yenə illər sonra Oğuz Atay uğrunda ona əzab çəktirən, onu diqqətə almayan kim varsa, hamısından qisas alacaqdı. 11 yaşlarında yolları kəsişən bu iki Dərda, daha sonra 40 yaşlarında yenidən rastlaşırlar və onları birləşdirən məhz Oğuz Atay olur. Birbirlərini AZ tanısalar belə bu detay və həyatlarında çəkdikləri əzab əziyyət onları birləşdirir və sonunda bir olmağı bacarırlar. Ayrı keçən 40 ilin ardından, birlikdə olacaqları 40 il... Bu kitab mənə bir çox şeyi birdən hiss etdirdi. Bütün insanlığı lənətləsən və hər kəsdən ümidini kəssən belə, bir gün bir insan sənin üçün hər şey ola bilir, 40 yaşında  olsan belə.  Və heç ümid yoxkən bir yerdən anidən bir işıq parlaya bilir. Heç vaxt ümidinizi itirməyin, sizin olan sizi tapacaqdır. Bəlkə də Oğuz Atayın dediyi kimi: “Öyleyse, ben de hayatımın sonuna kadar aynı yerde kımıldamadan oturacağım,” dedi. “Herkes istediği kadar koşsun. Beni anlayacak insan, oturduğum yerde de beni bulur." Oğuz Atay isə mənim üçün bu kitabdakı ən önəmli detay idi və mənə bir daha sevdirdiyi üçün təşəkkürlər Hakan
Edebiyat
AzHakan Günday · Doğan Kitap · 201926,9bin okunma
9/10
·420 syf.··
Beğendi
·
2021 132. kitabı
·
12 günde okudu
·
Okunma: 05 Eylül 2021 15:25
Hakan Günday oxumağa Az kitabı ilə başlamışdım və özümü tapdığım, hiss etdiyim, hətta oxuyanda gözümün dolduğu bir kitab olmuşdu. Ara-ara gedib alıntılarını təkrar oxuyuram və bir daha heyran qalıram. Oğuz Atayı da bu kitabda tanıyıb, heç oxumamağıma rəğmən sevmişdim, daha sonra Tutunamayanlar kitabını oxuyub, Oğuz Ataya olan heyranlığım yaranmışdı. Bu iki yazar görünməz iplərlə sanki birbirinə bağlı imiş kimi hiss edirəm bəzən... Bu kitabla isə Hakan Gündaya bir DAHA heyran oldum.  Günday  İntibah dövrü rəssamlığının 4 prinsipini kitabın müəyyən hissələrində başlıq kimi vermişdir.  Yazar Gazanın başına gələnləri rənglərlə müqayisə etmişdir, rənglər necə tonlar və çalarları dəyişirsə Gazanın da həyatı elə dəyişkən idi. Atası insan qaçaqçılığı ilə məşğul olan doqquz yaşlı Gazanın həyatı kitabın başından etibarən sizi içinə sürükləyir.  İnsan ailəsini seçə bilmir, Gazanın da dediyi kimi "Atam bir qatil olmasaydı, mən də olmayacaqdım." Həyat hər kəsə eyni ədalətlə yanaşmır, 9 yaşlı Gaza o yaşda öyrənməməsi gərəkən nə varsa artıqlaması öyrənir.  10 yaşında qaçqınlara hər gün yemək və su aparan Gaza təcavüzə uğrayır və hələ başına nə gəldiyini anlamayan Gaza sonrakı illərində bunun nə kimi psixoloji fəsadlar törədəcəyindən xəbərsizdi. Atasından isə sadəcə həyatda qalmağı öyrənən Gaza nə ana sevgisi nə də ata sevgisi görür. Bu sevgisizlik isə sonraları bütün insanlardan uzaq qaçmasına səbəb olacaqdı. Əslində kitabın sonrakı hissələri haqqında uzun-uzun danışa bilərəm amma spoiler verib marağınızı azaltmaq istəmirəm. Kitabda qaçqınların çəkdikləri əzab əziyyət, yoxsulluq, çarəsizlik, onları qaçırmağa kömək edən şəxslərin yaşadığı psixoloji problemlər, yazarın siyasət oxuması səbəbi ilə kitabın aralarına salınmış  siyasətə olan baxış bucağı və s. çox mükəmməl
Edebiyat
DahaHakan Günday · Doğan Kitap · 202517,1bin okunma
Reklam