Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

103 syf.
·
Puan vermedi
Sevgi material məhdudluğa qarşı xəyalpərəst etirazdır.
Bu təhlil kitabı oxuyub bitirmişlər üçün nəzərdə tutulub. Bilmirəm, sevgidən çoxmu danışırlar, yoxsa bəzi çoxdanışanlar ancaq sevgidən danışır, ancaq maraqlısı budur ki, sevgi çox eşitdikcə də adiləşmir və zamanla təsir gücünü itirmir. Dostoyevskinin "Bəyaz gecələr"ini sevgi ədəbiyyatı saymaq olarmı, yoxsa yox, qərar verə bilmirəm. Dostoyevskinin digər qısa həcmli əsərlərində olduğu kimi burada da personajların qəlbinə çökmüş böyük bir məyusluq və təhqir olunmuşluq hissi var. Əslində bu məyusluq rasional cəhətdən səbəbsiz, personajların o vəziyyətlərdə özlərini təhqir olunmuş saymaları isə absurddur. Ancaq Dostoyevski yaradıcılığında insan psixikası, ruhu sanki bu təhqirlərin məhsulu kimi şərh olunur. "Bəyaz gecələr"də isə hadisələr elə qurulub ki, hamı özünü təhqir olunmuş saymaq üçün bir səbəb tapır, lakin əslində bu səbəblərin heç biri material cəhətdən əsaslı, tutarlı deyil. Məncə, Dostoyevski kimi ruhun dərinliklərinə dalan bir vadalasın bu əsərdə sevgiyə belə çox müraciət etməsinin səbəbi də sevginin olmayan şeyi varmış kimi görməklə sıx bağlı olmasıdır. Evlərlə danışan adamın məkan və hava haqqında təəssüratları və bu təəssüratların vəziyyətdən asılı olaraq dəyişməsi isə əslində bu məkanların və havanın özü-özlüyündə heç bir şey olmadığı yalnız mənalandırılıb ona onda olmayan bir məna yükləndikdə heyrətamizləşdiyini göstərir. Əslində burada Nastenka adlı həmin qız da sadəcə bir personaj olmaqdan o tərəfə materiyadan üstün bir nəsə, bir məna, bir hiss yüklənilmiş bir materiyadır. Məsələn, hələ əsərin əvvəllindəki bu cümlələr elə-belə deyilməmiş də ola bilər: "Bu təbiəti seyr edərkən o mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırlatdı." (səh. 11) "Bu kədərli, düşüncəli gözləri belə parladan hansı qüvvədir? Necə oldu ki, bu solğun, batıq yanaqlara qızartı çökdü? Bu zərif cizgili sifətin ehtiraslı bir təbəssümlə örtülməsinə səbəb nədir? O nə üçün belə tez-tez nəfəs alır? Zavallı qızın çöhrəsini qəflətən qüvvət, həyat və gözəllik ifadələrilə dəyişən, belə şən bir gülüşlə canlandıran nə oldu?" (səh. 12) Bu cümlələr isə mənə "Nə olur ki, özü-özlüyündə cansız və mənasız olan, özü-özlüyündə digər hər şeydən fərqsiz, özü-özlüyündə bir heç olan bir şey qəfildən bizim üçün dəyişir, o qədər ki, biz ona onda olmayan bir şeyi yükləyir, onu sevirik? - fikirlərini düşündürdü. - Sadəcə kimyəvi maddələrdən ibarət hüceyrələrin bir yerə yığışıb əmələ gətirdiyi ət, ürək və dodaqlar necə olur ki, bizə sanki bunlar bununla məhdudlaşmırmış kimi gəlir? Suyun istidə buxarlanıb, kütləsi artıqda gəldiyi yerə geri qayıtmasından başqa bir şey olmayan yağış necə olur ki, üzümüzü güldürə, bizi ağlada, ya da necəsə rahatlada bilir? Deməli, insan olmayan mənanı varmış kimi hesab edərək bu mənanı var edə bilir və çox vaxt bunu özü istəmədən, özü belə bilmədən edir. Bəs sual olunur, bu mənalandırma, bu bir şeydə olmayan bir şeyi ona yükləmək bilərəkdən də mümkündürmü? Bir adamı şüurlu sevmək olarmı, məsələn? Əslinə baxanda əsərin əvvəlində evlərlə danışan həmin oğlanın xəyalpərəstliyi, gözləri görməyən nənəsinin Nastenkanın fiziki varlığını hiss edə bilmək üçün onu özünə sancaqlaması, Nastenkagilin köhnə kirayənişinlərinin bir il sonra qayıdacağı - hələ ki olmayan bir şeyin olacağı ilə bağlı vəd verməkdə tərəddüd etməsi və Nastenkanın sırf mərhəmətli və yaxşı adamdır deyə evlərlə danışan dostunu sevməyə şüurlu surətdə nail olacağını düşünməsi hamısı bir-birilə uyuşan və olmayan mənanı yükləməkdən doğan hadisələr deyilmi?"
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,7bin okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.