Minira Abasova

Minira Abasova
@Minira
Qulaq asın, nə üçün biz hamımız bir-birimizlə, qardaş qardaşla dolanan kimi dolanmayaq? Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur...
Alıntı
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Yadıma düşür ki, onda da məni hər tərəfdən qüssəli xəyallar bürümüşdü, lakin bu xəyallar nə qədər ağır və qüssəli olsa da, hiss eləyirəm ki, o zaman həyat elə bil indikinə nisbətən yüngül və rahat idi, indi varlığımı incidən bu qara düşüncələr, gecə-gündüz mənə rahatlıq verməyən bu ağır və sonsuz əzab – bu vicdan əzabı o zaman yox idi. Bunları düşünərkən öz-özünə deyirsən: «İllər necə də surətlə gəlib-keçir!» Yenə də özündən soruşursan: «Axı, nə elədin ki, bu uzun illər belə» tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?» «Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə-öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...» Ah, Nastenka! Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, hər şeydən, hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən,hər şeydən ümidini üzmək doğrudan da dəhşətdir! Çünki, onsuz da, itirdiklərimin hamısı əslində mənasızlıqdan, axmaqlıqdan, bir sözlə, ancaq boş bir xəyaldan başqa bir şey deyildir!
Alıntı
Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir! Bəs nə üçün, Nastenka, nə üçün belə dəqiqələrdə insanın ruhu sıxılır? Nə üçün, hansı bir sehrin, hansı bir cadunun təsiriləsə nəbzin döyüntüsü şiddətlənir, xəyalpərəstin gözlərində yaş damlaları parlayır, ağarmış və göz yaşları ilə islanmış yanaqları od tutub yanır və necə olur ki, onun bütün varlığı coşğun bir fərəhlə həyəcanlanır? Tükənməz sevinc və xoşbəxtliklə dolu gecələr nə üçün belə tez, bir an içərisində keçib-gedir, yalnız dan yeri sökülərkən, günəş şəfəqləri çəhrayı bir atəşlə pəncərələrdə əks edəndə və otağı bürüyən qaranlıq, ümumiyyətlə Peterburqda olduğu kimi, şübhəli və xəyali bir işıqla aydınlaşanda bizim xəyalpərəst yorğun və əzgin bir halda yatağa yıxılır, xəstə ruhunun ona bəxş etdiyi bir sevinc və eyni zamanda qəlbinə əzab verən şirin bir ağrı ilə yuxuya gedir, nə üçün?..Bəli, Nastenka, yad bir insan kənardan ona baxarkən aldanır və qeyri-iradi həqiqi və dərin bir ehtirasın onun qəlbində oyandığına, mənasız xəyallarında isə canlı bir varlığın çırpındığına inanır! Lakin bütün bunların hamısı həqiqətdə yalandır, həm də necə yalan!
Alıntı
O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir.
Alıntı
– Məhz sizi tanıdığım üçün də sabah görüşə gəlməyinizi istəyirəm, – qız gülə-gülə cavab verdi, – mən sizi lap yaxşı tanıyıram. Lakin görüşə gələrkən şərtimi unutmayın; birinci (çox xahiş edirəm dediklərimi yerinə yetirəsiniz, görürsünüz ki, sizinlə necə açıq danışıram) mənə aşiq olmayın... Bu, mümkün olan iş deyil, sizi inandırıram, dost olmağa hazıram, budur, bu da mənim əlim... Amma aşiq olmaq yaramaz, xahiş eləyirəm!.. – And içirəm.. – deyə onun əlindən tutdum. – Yaxşı, and içməyin, mən sizi tanıyıram, siz barıt kimi alışmağa hazırsınız. Mənim belə danışmağımdan inciməyin, əgər bilsəydiniz... Mənim də söhbət etməyə, məsləhət istəməyə heç kəsim yoxdur. Əlbəttə, dostu küçədə axtarmazlar, lakin siz müstəsnasınız. Mən indi sizi elə tanıyıram ki, elə bil iyirmi ildir dostluq eləyirik. Belə deyilmi? Xəyanət etməzsiniz ki?.. – Özünüz görərsiniz... Ancaq mən heç bilmirəm,sabahkı görüşə qədər səbrim çatacaqmı? – Bərk-bərk yatın. Gecəniz xeyrə qalsın, yadda saxlayın ki,mən artıq sizə inanmışam. Siz bir az bundan əvvəl gözəl sözlər danışırdınız, deyirdiniz ki, doğrudanmı insan hər bir hissi, hətta qardaşlıq məhəbbəti haqqında da başqasına hesabat verməyə borcludur? Bilirsinizmi, bu sözlər o qədər xoşuma gəldi ki, dərhal məndə sizə inam oyandı...
Alıntı