Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ancaq heç kəsə və heç nəyə inanmadığımdan,
— varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə – bədənimə də inamımı itirdim.
Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq qışqırmağın, qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun başına keçirməyin döyməkdən də betər olurdu. Elə bil kimsə asılmalı idi. Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və hər şey də qurtarıb gedirdi. Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan və o da bunları görür, qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, ömrü boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki, mən döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm, deməli, bir böyük günah da burdan üstünə gəlirdi.
Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün var, onu görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü — mənə göstərdiyin yadıma gəlmir, ancaq yəqin ki, göstərmiş olarsan. Niyə də göstərməyəydin, axı onda günahsız bir uşaq idim, mənə böyük ümidlər bəsləyirdin.