Mən nə etsəm də artıq əvvəlki ola bilmirəm.
Ruhum çöküb, çox yorğunam, hisslərim daha çox yorulub. Ən pisi də odur ki, bunu heç kimə izah edə bilmirəm. İnsanlar bir-birlərini sanki anlamaq istəmirlər. Mən zəif deyiləm əslində, amma insan bitəndə bitərmiş. Bəlkə bu gün əvvəlkindən daha yaxşıdır, amma mənim üçün önəmi yoxdur. Hər şeyi görüb bilirəm bəlkə də, amma hiss edə bilmirəm. Bəlkə də etmək istəmirəm bəlkə də çox yorğunam və ya hər ikisindən. Amma mən, mən deyiləm, bunu çox gözəl bilirəm.