Mən zərərli bir işə xidmət edirəm, aldatdığım adamlar-dan maaş alıram, mən namuslu adam deyiləm. Ancaq öz-özlüyümdə mən axı bir heçəm, yalnız zəruri ictimai bəlanın bir zərrəsiyəm. Demək, öz şərəfsizliyimə müqəssir mən deyiləm, zəmanədir...
Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda ədalət haqqında düşünmək gülünc olmazdımı?