Məhəmməd Hüseynli

Məhəmməd Hüseynli
@Muhammed_H07
Turana qılıcdan daha kəskin ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... boxd.it/6p0qt
Bakı Dövlət Universiteti
Naxçıvan
Naxçıvan, 10 Ağustos 2002
802 okur puanı
Ocak 2019 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·196 syf.··
2026 4. kitabı
·
37 günde okudu
·
Okunma: 20 Mart 2026 17:31
Çox bəyənmədim açığı. Kitabın ortaları dəhşət sıxıcıydı mənə görə və gərəksiz uzadılmışdı, oturub heyvanın davranışlarını təkrar təkrar danışırdı. Həyata dair incə düşünülmüş mesajlar var idi. Ümumi olaraq bitirmək üçün oxudum demək olar.
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202095,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Diqqət ! Spoiler var .
9/10
·400 syf.··
Beğendi
·
2026 1. kitabı
·
30 günde okudu
·
Okunma: 12 Ocak 2026 22:58
Martin İden 20 yaşında güclü, qoçaq və təxmini 13 yaşından sonra davamlı olaraq matrosluqla öz həyatını davam etdirən bir gəncdir. Martinin hekayəsi limanda bir neçə avara tərəfindən təklənməyə çalışan Artura kömək etməsi ilə başlayır. Sonrasında Artur onu öz evlərinə yeməyə dəvət edir. Və burada olarkən Martində Arturun bacısı Rufa qarşı indiyə kimi hiss etmədiyi bir məhəbbət hissi oyanır. Amma bu məhəbbətin böyüməsinə ciddi bir maneə var idi. Bu maneə isə Martin və Rufun tamamilə ayrı dünyaların, ayrı zümrələrin insanı olmaqları idi. Ruf varlı, nəcib bir ailənin universiteti bitirməyə yaxın olan bir qızı idi. Martinsə çətinlik və yoxluqla böyümüş bir oğlan idi. Ancaq Martin çox düşündükdən sonra Rufa hiss etdiyi məhəbbətdən dolayı ona layiq olmağa çalışmağı özünə hədəf qoyur. Bu hədəfə isə kitablar oxuyaraq, mədəniyyət qaydalarını öyrənərək başlayır. Əlbəttə, Rufda bu yolda ona müəllimlik edir. Rufunda ona qarşı müəyyən hisslər keçirdiyini görən ata və anası Rufda qadınlıq hisslərini oyandırdığı üçün Martinə minnətdarlıq hissi duyurlar. Hətta bir ara Ruf Martini əhliləşdirilməmiş buldoq da adlandırır. Ruf nə qədər bunun mümkün olmayacağını bilsə də, sonda o da bu məhəbbətə təslim olmağa məcbur qalır. Məcbur qalır qalmağına amma mən elə düşünürəm ki Rufun hissləri elə ana atasının dediyi kimi qadınlıq hisslərinin oyanması idi. Tam olaraq bir məhəbbət deyildi. Və sonrasında Martin bu məhəbbətin gələcəyini daha yaxşı inşa edəbilmək üçün nə edəcəyini düşünür. O şeirlər, hekayələr, oçerklər yazıb jurnallara göndərərək yaxşı qazanacağı fikrinə gəlir, axı böyük yazıçılar yaxşı həyat yaşayırdılar... Bu səbəbdən yazdığı əsərləri jurnallara göndərməyə başlayır. Ancaq yazılarına uzun müddət müsbət cavablar ala bilmir. O öz əsərlərinin çox yaxşı olduğunu bilir amma
1000Kitap
Martin İdenJack London · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2009134,7bin okunma
10/10
·112 syf.··
2025 9. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Ağustos 2025 00:00
İblis, məktəb vaxtı oxuyub oxumadığım tam yadımda olmayan və böyük yazıçı və mütəfəkkirimiz olan Hüseyn Cavid'in şahəsəridir. İblis əsərində müharibənin gətirdiyi fəlakətlərdən, səfalətdən və insanlığın bu səfalətdən bezməsi gözəl bir dillə təsvir olunur. Bəzi yerlərsə daha dərindən oxunmalı və başa düşülməlidir. Kitaba adını verən İblis fiquru isə daim insanları aldatmağa, yoldan çıxartmağa çalışıb insanlar arasına ədavət salmaq məqsədləri güdür. Hətta başda : "Uymam sana, hər məl'ənətin bəncə ə'yandır, Dəf' ol da get, azğınları, sapqınları qandır; Hürriyyətə əsla bəni sən irdirəməzsin, Bir zülmət ikən nuri-həqiqət verəməzsin." Deyən Arifi belə öz sözləri ilə inandırıb yoldan çıxarmağı bacarır. Həmçinin İblis özü olmadan da insanların arasını vuracaq birilərinin olduğunu bu sözlərlə: "Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar" Təsdiqləyir. Əslində isə İblis heç kimi aldatmır. İblis şübhəsiz ki, bəzi insanların içindədir. Ona inanmaq istəyən onun aldatmasına ehtiyyac qalmadan ona inanır. İnanmaq istəməyən üçün isə elə bir təhlükə yox deməkdir. Hüseyn Cavid'də bu bəzi insanları İblisin dilindən belə təsvir edir : "İblis nədir ? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir ? -İblis..." Kitabda hər zaman sevdiyim, istifadə etdiyim və ölkəmizin hər bir yerinə böyük hərflərlə yazılmasının lazım olduğunu düşündüyüm o möhtəşəm sözlər keçir :
1000Kitap
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,098 okunma
Puan vermedi·256 syf.··
2022 4. kitabı
Tesla, Tesla, dünya tarixinin gördüyü və dəyər vermədiyi ən böyük dahilərdən biri. Kitab Nikola Teslanın öz dilindən biografiyasını ələ alır. Kitabda Tesla öz uşaqlıq xatirələrindən həyatının sonuna kimi yaşanmış bir çox məqamı qeyd edir. Uşaqlıqda milyonda birdə rastlanan xəstəliyə (və ya rahatsızlıq) tutulan Tesla sonradan özünün də normal insan olmadığını dərk etməyə başlayır. Etdikləri ixtiralar günümüzdə də həyatımızı asanlaşdırsada bizim ondan o qədər xəbərimizin olmaması acıdı. Tesla, həqiqətən də dövrünün çox çox irəlisində olmuş bir dahi idi. Bu insanın fikirləri öz dövründə ona "dəli" dedirtdirəcək növdən olub. Həmçinin kitab təxminən yarıdan sonra elmi nöqteyi nəzərdən davam edir. Hamıya xoş mütaliələr...
1000k
Nikola Tesla’nın Sıra Dışı HayatıNikola Tesla · Martı Yayınları · 2019890 okunma
Puan vermedi·216 syf.··
2022 7. kitabı
·
24 günde okudu
·
Okunma: 27 Aralık 2022 12:55
Aqşin Yenisey, müasir ədəbiyyatımızın bəlkə də ən tanınmış şair-yazıçısı...Bir çoxumuz onu gözəl şeirləri ilə tanıyırıq. Bu əsərində isə yazıçı günümüzdə olan reallıqlara bir növü öz baxış bucağından rəy bildirir.Yazıçının bəzi yerlərdə çox özünəxas fikirləri var. Kitabın bəzi yerlərində isə yüngülvari subliminal mesajlar da yox deyil.Kitab isə çox yerində həm düşündürür, həm də güldürür. Ümumən axıcı bir kitabdı, 2-3 yerindən başqa sıxıldığım yer yadıma gəlmir. Hamıya xoş mütaliələr !
1000k
Məbədin SükutuAqşin Yenisey · Qanun Nəşriyyat · 201329 okunma